Alternative content

09:53 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Orqanizmin kalori tələbatı
Orqanizmin kalori tələbatı
ANA SƏHİFƏ / Səhiyyə
12:14 09.10.2019

Kalori orqanizmdə gedən proseslər üçün əsas enerji mənbəyinin vahidi hesab olunur. Qida maddələrinin tərkibində yağlar, zülallar və karbohidratlar olur. Karbohidratlar daha çox taxıl bitkiləri, quru meyvələr, çörək və şirniyyatların tərkibində olur, sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Mürəkkəb karbohidratlar gec həzm olunduğu üçün onu səhər saatlarında qəbul etmək məsləhətdir.

Həkim-diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a bildirib: "Zülallar isə orqanizm üçün tikinti materialı hesab edilir, əsasən ət və ət məhsulları, süd və süd məhsullarında, yumurta, noxud, lobya, mərci və s. kimi paxlalı bitkilərin tərkibində daha çox olur. Müəyyən edilib ki, 1 qram zülalın tərkibində təxminən 5 kkal enerji olur”.

Qida rasionunda günə mürəkkəb karbohidratlarla başlayıb günün axırına doğru zülallarla bitirmək tövsiyə olunur. Günorta saatlarında isə sadə zülalların qəbulu məsləhətdir.

Həkim-diyetoloq kalori barədə danışarkən söyləyib: "Gündəlik kalori qəbulu isə yaş, cins, həyat tərzi, qəbul edilən dərman və xəstəliklərdən asılı olaraq dəyişir. Təxmini hesablamalar zamanı müəyyən olunub ki, orqanizmin tələbatı qadınlarda 1200-1600, kişilərdə 2000-2300, uşaqlarda isə 1300-1600 kalori arasında dəyişə bilər”.

Orqanizmi daha çox enerji ilə təmin edən digər mənbə isə yağlar hesab olunur. Onlara süd və süd məhsulları, quru meyvələr, günəbaxan, balqabaq tumları, zeytun bitkisini aid etmək olar. Kalori hesablamaları yaş, cins və boy nəzərə alınmaqla aparılır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM