Alternative content

05:54 20 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:17 20.10.2019 Zəfərin Komandanı
01:16 20.10.2019 Prinsipial mövqe
00:50 20.10.2019 Torpağa bağlı ömür
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib
Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib YENİLƏNİB
ANA SƏHİFƏ / İQTİSADİYYAT
11:49 09.10.2019

Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün sahələr üzrə uğurlu inkişafının qarşılıqlı dəstək və birgə təşəbbüslərlə səciyyələndiyi qeyd olunub. Hökumətlərarası Komissiya çərçivəsində görülən işlərin əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

Sonra iclas işini hər iki ölkənin energetika nazirlərinin həmsədrliyi və nümayəndə heyətlərinin iştirakı ilə davam etdirib.

İclasda çıxış edən Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib ki, Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla bərabər, strateji tərəfdaşdırlar. Hər iki ölkənin liderləri-Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən təməli qoyulan bu münasibətləri bu gün Azərbaycan və Qazaxıstanın prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev uğurla inkişaf etdirir. Nazir, həmçinin bildirib ki, iki il əvvəl imzalanmış yol xəritəsinin ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması hədəfi üzrə mühüm addımlar atılır: "İki ölkə arasında ticarət dövriyyəsi ötən il 55,4 faiz artaraq təxminən, 221 milyon ABŞ dollarına yaxın olub. 2018-ci ildə ixrac 36,1 faiz, idxal isə 61,5 faiz artıb. Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmidə 11 faiz artım müşahidə olunur. İlin sonunadək Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlığımız və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına töhfə verəcək”.

Qazaxıstanın Energetika naziri, komissiyanın həmsədri Kanat Bozumbayev isə çıxışında ölkələrarası yüksəksəviyyəli əməkdaşlığı təmin edən məsələlərdən, Hökumətlərarası Komissiyanın fəaliyyətinin, bugünkü iclasın münasibətlərin daha da inkişafına töhfələrindən bəhs edib.

İclasda ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti, dövlət qulluğu, əqli mülkiyyət sahələrində mövcud vəziyyət və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Hər iki ölkədə istehsal olunan məhsullar, investisiya layihələri barədə, eləcə də Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsinin aparılması tövsiyə edilib. Azərbaycanın sənaye parkının məhsullarının Qazaxıstan bazarına çıxarılması, həmçinin də qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi, Qazaxıstanın mayeləşdirilmiş neft qazının (LPG) tranziti üzrə işlərin davam etdirilməsi və müvafiq işçi qrupunun ikinci iclasının gələn ilin birinci yarısında keçirilməsi, bərpaolunan enerji, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi razılaşdırılıb.

İclasda nəqliyyat sahəsində əməkdaşlığa da geniş toxunulub. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlərin davam etdirilməsi qərara alınıb. Cari ildən Aktau-Bakı istiqamətində fider gəmisinin (konteyner daşıyan gəmi) reysə buraxılması müsbət məqam kimi qeyd olunub. Eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklərin daşınmasına Qazaxıstan tərəfindən böyük maraq ifadə edilib.

Bundan başqa, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün konkret istiqamətlər üzrə birgə tədbirlər müyyənləşdirilib.

Sonda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri – P.Şahbazov və K.Bozumbayev imzalayıblar. Komissiyanın 17-ci iclasının 2020-ci ildə Nur-Sultanda keçirilməsi razılaşdırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM