09 Oktyabr 2019 00:23
530
İQTİSADİYYAT
A- A+

Yeni üzüm emalı müəssisəsi ilk məhsulu qəbul edib


Tovuz rayonunda yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi, xarici valyuta gətirəcək istehsal sahələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Elə bu günlərdə rayonun Aşağı Quşçu kəndində istifadəyə verilən yeni üzüm emalı müəssisəsi buna misal ola bilər.

Respublikamızda sahibkarlığın inkişafına dövlət qayğısından bəhrələnən "A+Co” MMC-nin istifadəyə verdiyi müəssisə rayonda üzümçülüklə məşğul olan fermerlərin işini daha da asanlaşdırmış, plantasiyalarda yetişdirilən üzümün satışında olan problemlər aradan qaldırılmışdır. Belə ki, təsərrüfat sahibləri əvvəllər yetişdirilən məhsulun bir hissəsini bazarda sata bilsələr də, texniki sort üzümlərin satışında çətinlik çəkirdilər.

Müəssisənin üzüm qəbulu xətti qısa müddətdir istifadəyə verilib. Rayonun üzümçülüklə məşğul olan fermerləri və eyni zamanda Gəncə-Qazax iqtisadi regionuna daxil olan ətraf bölgələrin sakinləri indi yetişdirdikləri texniki üzüm sortlarını yeni zavodun qəbul məntəqəsinə gətirib, təhvil verib dəyərini yerindəcə alırlar. Sahibkarlar da işin belə təşkilindən olduqca razıdırlar.

Müəssisə mövsüm ərzində 3 min ton məhsul qəbul etmək gücündədir. Burada İtaliya, Fransa və digər xarici ölkələrdən alınmış texnoloji avadanlıqlar quraşdırılmışdır. Hazırda məhsul qəbulu ilə yanaşı, şərab məhsullarının istehsalı sexlərində tikinti-quraşdırma işləri davam etdirilir. Müəssisə tam gücü ilə işə düşdükdən sonra burada alkoqolsuz içkilərin istehsalı da mümkün olacaqdır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video