08 Oktyabr 2019 22:28
486
CƏMİYYƏT
A- A+

Azərbaycanla İran arasında sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Tehranda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri Məhəmməd Şəriətmədari arasında görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verdiyi vurğulanıb. İkitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi, bu əsasda sosial sahədə də əməkdaşlığın inkişafı üçün mühüm işlərin aparıldığı qeyd edilib. Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan son islahatlar barədə məlumatlar verilib. Həmin islahatlar prosesində Azərbaycan və İranın müvafiq nazirliklərinin ikitərəfli əməkdaşlığının əhəmiyyətindən bəhs olunub.

Nazirliklər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıqdan, həyata keçirilən təcrübə mübadiləsindən bəhs edilib. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin əlaqələrin inkişafında mühüm rol oynayacağı vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video