Alternative content

09:53 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Rusiya arasında hüquqi sahədə əlaqələr uğurla inkişaf edir
Azərbaycan ilə Rusiya arasında hüquqi sahədə əlaqələr uğurla inkişaf edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:03 08.10.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.

Oktyabrın 8-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Baş prokurorunun müavini - Rusiya Federasiyasının Baş Hərbi prokuroru Valeri Petrovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlətlərimizin başçılarının birgə səyləri və siyasi iradəsi sayəsində əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə olduğu kimi, hərbi və hüquq sahələrində də uğurla inkişaf etdiyi xüsusilə vurğulanıb.

Xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20 faizinin Ermənistanın işğalı altında olması, bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokuror bu günlərdə Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ifadə etdiyi tarixi tezislərdən sitatlar gətirib.

Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunmuş nailiyyətlərdən danışıb.

Baş prokuror ötən illərdə prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırılması istiqamətində görülən mütərəqqi işlər, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə məlumat verib. Azərbaycanın və Rusiyanın Hərbi prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Zakir Qaralov bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.

Möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin bir çox sahələrdə olduğu kimi, özünü hüquq-mühafizə sahəsində də büruzə verdiyini diqqətə çatdıran Baş prokuror cari ilin iyununda Rusiya Federasiyası Baş prokuroru Yuri Çayka ilə Moskvada keçirilən görüşünü xatırladıb. Səfər çərçivəsində iki ölkənin Baş prokurorluqları arasında imzalanmış əməkdaşlıq haqqında Sazişin əhəmiyyətini vurğulayıb.

Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən Valeri Petrov ölkəmizə ilk dəfə səfər etdiyini diqqətə çatdırıb, nümayəndə heyətinin üzvlərində artıq Azərbaycan haqqında çox sürətlə inkişaf edən, dinamik, müasir və təhlükəsiz ölkə imicinin formalaşdığını bildirib. Qonaq qarşılıqlı səfərlərin, geniş ünsiyyətin və mütəmadi təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. O, ölkəmizlə bir çox istiqamətlərdə olduğu kimi, hərbi və hüquqi sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verilməsindən, Azərbaycan hərbçilərinin Rusiyada keçirilmiş "Beynəlxalq Ordu Oyunları-2019” beynəlxalq müsabiqəsində uğurlu çıxışlarından danışıb.

Görüşdə hərbi xidmət əleyhinə olan cinayətlər, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM