Alternative content

14:41 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yasamal rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib
Yasamal rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
16:54 08.10.2019

Oktyabrın 8-də Yasamal rayonunda çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, Xidmətin Yasamal Rayon İdarəsinin şəxsi heyətinin, gənclərin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, Qarabağ veteranları və valideynlərin iştirakı ilə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin adını daşıyan parkda keçirilən mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən SHXÇDX-nin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik Polad İbrahimov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasında yer almasının aparılan məqsədyönlü siyasətin, görülən ardıcıl tədbirlərin nəticəsi olduğunu diqqətə çatdırıb.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova ölkəmizdə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini, gənclərin müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi ilə yola düşdüklərini bildirib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev çağırışçıların vətənimizin keşiyində ayıq-sayıq dayanmalarının, hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb.

Şəhid atası İlham Hacıağayev çıxışında hər bir azərbaycanlının Silahlı Qüvvələrimizin gücünə, qüdrətinə güvəndiyini vurğulayıb. Tezliklə Azərbaycan bayrağının Xankəndində, Şuşada və işğal altındakı digər tarixi torpaqlarımızda dalğalanacağına inam ifadə edib.

Tədbirin sonunda çağırışçı gənclər üçrəngli bayrağımıza ehtiramlarını ifadə edərək ordu sıralarına yola düşüblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM