Alternative content

14:49 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarix İnstitutunun nümayəndə heyəti Bolqarıstanın Şumen Universitetində
Tarix İnstitutunun nümayəndə heyəti Bolqarıstanın Şumen Universitetində
ANA SƏHİFƏ / Elm və texnika
16:14 08.10.2019
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Yepiskop Konstantin Preslavski adına Şumen Universitetində olub.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, tarixçilərimiz Şumen Universitetinin rektoru, professor Habil Georgi Kolev ilə görüşərək, geniş fikir mübadiləsi aparıblar.

Görüşdə Georgi Kolev iki dəfə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən və dövlət başçımız İlham Əliyevlə görüşdən aldığı xoş təəssüratlardan söz açıb. O bildirib ki, Şumen Universiteti Tarix İnstitutu ilə geniş əlaqələr qurmaq niyyətindədir: "Yaxınlarda fakültənin Elmi və universitetin Akademik şuralarında humanitar elmlər fakültəsi ilə Tarix İnstitutu arasında əməkdaşlıq protokolunun imzalanması barədə qərar qəbul olunacaq”.

Yaqub Mahmudov Tarix İnstitutunun nümayəndə heyətinin Bolqarıstanın Yambol şəhərində keçirilən "Son Antik dövrdə Cənub-Şərqi Avropada xristianlıq” adlı beynəlxalq konfransda iştirak etməsindən danışıb. O deyib ki, ölkələrimiz və xalqlarımız arasında tarixi yaxınlıq var: "Biz iki qardaş xalqın - Azərbaycan və bulqar xalqlarının ortaq tarixi keçmişi və Bulqar türk dövləti haqqında birgə tədqiqatlar aparmaq arzusundayıq. Alimlərimiz arasında qarşılıqlı elmi mübadilənin olmasını, magistrantlarımız və gənc tədqiqatçılarımızın bir-biri ilə sıx əlaqələr qurmasını istəyirik”.

Görüşdə tarixçi alimlər Yaqub Mahmudov, Allahverdi Əlimirzəyev və Ramin Əlizadə Azərbaycan-Bolqarıstan əlaqələri tarixi və iki qardaş xalqın etnogenetik kökləri barədə ətraflı məlumat veriblər. Alimlərimizin məlumatları universitetin rektoru və görüşün digər iştirakçıları tərəfindən böyük maraq və razılıqla qarşılanıb.

Əldə olunan razılığa əsasən, yaxınlarda tərəflər müvafiq müqavilənin mətnini hazırlayıb bir-birinə göndərəcəklər.

Sonda rektora Qarabağın, İrəvan xanlığının tarixinə və erməni vandallarının məhv etdikləri tarixi abidələrimizə həsr olunan əsərlər təqdim olunub.

Xatırladaq ki, bundan əvvəl Şumen Universitetinin professoru, tarix elmləri doktoru Biser Georgiyev Tarix İnstitutunda olub və görüşdə iki qurum arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub. Razılığa əsasən, birgə kitablar çap ediləcək və elmi konfranslar keçiriləcək. Bundan başqa, Azərbaycan-Bolqarıstan əlaqələri tarixini araşdıran iki mərkəzin yaradılması da qərara alınıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM