Alternative content

14:49 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın və Rusiyanın Hərbi prokurorluqları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Azərbaycanın və Rusiyanın Hərbi prokurorluqları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:40 08.10.2019

Rusiya Federasiyası Baş prokurorunun müavini - Rusiya Federasiyasının Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Georgiyeviç Petrovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi heyətlə birlikdə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunmaqla "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Rusiya Federasiyasının Baş Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Qonaqlar əvvəlcə Respublika Hərbi Prokurorluğunun inzibati binasındakı "Heydər Əliyev guşəsi”ni ziyarət edib, Ulu Öndərin əziz və unudulmaz xatirəsini dərin ehtiramla anaraq, büstü önünə əklil qoyublar. Nümayəndə heyətinə böyük şəxsiyyətin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.

Sonra hər iki ölkənin Hərbi Prokurorluqlarının nümayəndə heyətlərinin iştirakı ilə brifinq keçirilib.

Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev brifinqdə çıxış edərək ölkələrimizin prokurorluq orqanları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən səfərlərin əhəmiyyətini vurğulayıb. Rəhbərlik etdiyi nümayəndə heyətinin ötən il iyunun 4-7-də Rusiyaya səfərini məmnunluqla xatırlayan Xanlar Vəliyev göstərilmiş yüksək qonaqpərvərliyə, səmimi və mehriban münasibətə görə Baş hərbi prokuror Valeri Petrova bir daha minnətdarlığını bildirib. Hərbi prokuror ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış müdrik siyasətini yeni müstəvidə və dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlardan və görülən böyük işlərdən, dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın maddi və sosial rifah halının davamlı olaraq yaxşılaşdırılmasından bəhs edib.

Əldə olunan nailiyyətlər və qazanılan ardıcıl uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların və icra olunan mütərəqqi tədbirlərin bu sahədə də yeni mərhələnin başlanmasını, həmçinin penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin dövrün tələblərinə uyğun yenidən qurulmasını şərtləndirdiyini bildirən Xanlar Vəliyev Prezident İlham Əliyevin penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamdan və özündə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək üçün məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsini, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılmasını, məhkəmə icraatının effektivliyinin yüksəldilməsini, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunmasını, süründürməçiliyin, eləcə də digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsini ehtiva edən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmandan və sözügedən normativ hüquqi aktların əhəmiyyətindən danışıb.

Respublika Hərbi prokuroru bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması xalqımıza qarşı soyqırımı törədilməsi, azərbaycanlıların kütləvi şəkildə qırğını, əsrlər boyu yaşadığı tarixi ərazilərindən, doğma torpaqlarından deportasiyası, şəhər və rayonlarımızın talan edilməsi, mədəniyyət abidələrimizin dağıdılması və milli genofondumuzun məhvinə yönəlmiş digər qəsdlərlə nəticələnib, Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub. Etnik təmizləmə siyasətinin aparılması bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnib. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində törədilmiş sülhə və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlər üzrə istintaqın aparılması və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası Baş Prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Hərbi prokurora həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb.

Ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən hər iki dövlətin Hərbi prokurorları bunun tarixən xalqlarımız və dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə formalaşmış səmimi münasibətlərə söykənməsini qeyd ediblər. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasıyasının Prezidenti Vladimir Putinin xalqlarımızın rifahı naminə gördükləri nəhəng işlər xüsusi vurğulanıb.

Rusiya Federasiyasının Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Georgiyeviç Petrov göstərilən yüksək diqqətə, səmimi qonaqpərvərliyə və doğma münasibətə görə dərin minnətdarlığını bildirib və məmnunluğunu ifadə edib.

Sonra hər iki ölkənin Hərbi prokurorları rəhbərlik etdikləri Hərbi Prokurorluq orqanlarının strukturu, fəaliyyət istiqamətləri, qanunların icra və tətbiqinə nəzarətlə bağlı gördüyü işlər, o cümlədən məhkəməyədək cinayət təqibinin həyata keçirilməsi zamanı Hərbi Prokurorluq işçilərinin fəaliyyəti və cinayət işlərinə məhkəmələrdə baxılmasında hərbi prokurorların iştirakı barədə ətraflı məlumat verdilər.

Daha sonra hər iki ölkənin Hərbi Prokurorluqlarının fəaliyyətlərinin təşkili məsələləri ilə əlaqədar "İki dövlətin hərbi-hüquq orqanları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı”, "Peşəkar dialoqun davam etdirilməsi və kadrların hazırlığı sahəsində təcrübənin mübadiləsi”, "Korrupsiya ilə mübarizə və onun qarşısının alınması istiqamətində görülən işlər” və "Prokurorluq, o cümlədən Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təşkili” mövzularında çıxışlar dinlənilib, nümayəndə heyətlərinin fəaliyyət istiqamətləri üzrə sualları cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin hüquqi sahədə həm ikitərəfli, həm də beynəlxalq səviyyədə qarşılıqlı səmərəli fəaliyyət, o cümlədən hüquqi əməkdaşlıq sahəsində mövcud münasibətlər və onlardan irəli gələn hüquq və vəzifələr müzakirə edilib.

Brifinqdən sonra qonaqlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun beynəlxalq əlaqələri barədə məlumatları əks etdirən stendlərlə tanış olublar.

Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında "Soyqırımı” Memorial Muzeyində olub. Qonaqlara burada saxlanılan və tarixi həqiqətləri əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Azərbaycanın tarixi ərazilərinin Ermənistanın işğalı altında olmasını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını bir daha xatırladan Hərbi prokuror Xanlar Vəliyev işğal altındakı torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində azad edilərək respublikamızın ərazi bütövlüyünün bərpa olunacağına, soydaşlarımızın tarixi torpaqlarına, doğma yurdlarına qayıdacaqlarına və xalqımıza qarşı xüsusilə ağır cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunacaqlarına əminliyini ifadə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM