Alternative content

14:40 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Siyahıyaalma əhali haqqında dəqiq məlumatların əldə edilməsinə imkan yaradır
Siyahıyaalma əhali haqqında dəqiq məlumatların əldə edilməsinə imkan yaradır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:24 08.10.2019


Bu məlumatlar ölkənin gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirməyə kömək edir


Bu il oktyabrın 1-dən ölkədə start götürmüş mühüm tədbir - əhalinin siyahıyaalınması davam edir və oktyabrın 10-da başa çatacaq. Bu günlərdə Azərbaycanın hər şəhər və kəndində, qəsəbə və yaşayış massivində siyahıyaalma məntəqələrinin işçiləri evlərə gəlir, sakinlər onların təqdim etdiyi sorğu və siyahıyaalma vərəqələrindəki sualları cavablandırırlar.

Hər sorğu vərəqəsində altsuallarla birlikdə 46, siyahıyaalma vərəqəsində isə 6 sual öz əksini tapıb. Ümumilikdə 52 suala cavab verilir.

Bu sualların cavabları, nəticə etibarilə bütövlükdə siyahıyaalma əhalinin hətta kiçik məskunlaşma yerlərində həyat fəaliyyətini hərtərəfli xarakterizə edən kompleks göstəriciləri bilməyə imkan verir. Başqa sözlə, yalnız bu məlumatlara əsasən, əhalinin təhsil səviyyəsinə, yaşayış üçün əsas gəlir mənbəyinə aid məlumatları əldə etmək olur. Ayrı-ayrı yaşayış məntəqələrində, bütövlükdə isə ölkədə ailələrin sayını, onların tərkibini, yaşayış üçün gəlir mənbələrini, ev təsərrüfatlarının mənzil şəraitini öyrənmək mümkündür.

Bu günlərdə keçirilən siyahıyaalmaya əslində xeyli vaxtdır hazırlıq görülürdü. Belə ki, 2016-cı il sentyabrın 7-də Prezident İlham Əliyev "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” fərman imzalamışdır. Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli qərarına əsasən və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi təqvim planına uyğun olaraq, siyahıyaalmanın başlanması ərəfəsində bu mühüm tədbirlə bağlı bütün hazırlıq işləri yekunlaşdırılmışdır.

Qeyd edək ki, cavablandırılan sualların əks olunduğu siyahıyaalma və sorğu vərəqələri Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiq edilib. Təsərrüfatbaşına uçot sənədləri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş inzibati-ərazi vərəqələrinin sxematik xəritələri, yaşayış məntəqələrinin sxematik planları əsasında respublikanın inzibati-ərazi vahidləri üzrə təşkilati planlar tərtib olunmuşdur. Bunun da nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünmüşdür. Siyahıyaalma məntəqələri işçilərlə komplektləşdirilmiş və onlar təlimatlandırılmışlar.

Əhali bu tədbirlə bağlı xeyli vaxtdır məlumatlandırılır. Belə ki, yerli icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilən plakat və banerlər insanlara bu barədə ətraflı məlumat verir. Bu ilin aprel ayından başlayaraq televiziya kanalları və aparıcı elektron media vasitələrində videoçarxlar göstərilir. Paytaxt sakinləri mərkəzi küçə və prospektlərdə quraşdırılmış elektron lövhələrdə yayımlanan videoçarxların hər gün şahidi olurlar.

Xatırladaq ki, Azərbaycan əhalisinin demoqrafik vəziyyəti haqqında məlumatların əldə edilməsi ilk dəfə Çar Rusiyası dövründə - 1897-ci il Birinci Ümumrusiya siyahıyaalmasının keçirilməsi nəticəsində mümkün olub. SSRİ dövründə isə Azərbaycan əhalisinin siyahıyaalınmaları 1926, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə aparılıb. Hazırda keçirilən siyahıyaalma müstəqillik dövründə Azərbaycanın bu qəbildən olan sayca üçüncü tədbiridir.

Tədbir başa çatdıqdan sonra siyahıyaalma materialları bu ilin sonunadək Siyahıyaalma qrupuna təhvil veriləcək. Gələn il ərzində materialların işə qəbul olunacaq operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsilə məntiqi yoxlanılması prosesi həyata keçiriləcək. Sonrakı il yarım ərzində məlumatlar emal ediləcək, alınan çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələr nəşr olunaraq istifadəçilərə çatdırılacaq.

2019-cu ilin siyahıyaalınması milli səviyyədə demoqrafik və sosial-iqtisadi inkişafa aid proqnozların hazırlanması ilə yanaşı, beynəlxalq tövsiyələr və milli prioritetlər əsasında bundan əvvəlki siyahıyaalınmadan ötən dövr ərzində ölkə əhalisi haqqında dəqiq və müfəssəl məlumatların əldə edilməsi məqsədinə xidmət edir. Bu tədbir eləcə də Prezident İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn hədəflərin qiymətləndirilməsində mühüm rol oynayacaq. Əldə olunan materiallar ölkəmizin gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas informasiya mənbəyi olacaq.

Flora SADIQLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM