07 Oktyabr 2019 19:57
518
SİYASƏT
A- A+

Sergey Markov: Prezident İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət qazanıb

Prezident İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət qazanıb. "Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş iclasında iştirak edən akademik və media birliklərinin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi barədə lazımınca məlumatlı deyildi. Səbəb odur ki, bu birliyin mövqeyi erməni diasporunun təsirinə məruz qalmış KİV-lər tərəfindən yayılan informasiya əsasında formalaşır. Bu mənada, Azərbaycan Prezidenti mürəkkəb bir auditoriya qarşısında çıxış edirdi. Lakin Prezident İlham Əliyev öz zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində mövqeyini dəqiq və aydın şərh etməyə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində Azərbaycanın maraqlarının və fəaliyyətinin məntiqini izah etməyə müvəffəq oldu. Hesab edirəm ki, onun çıxışı Beynəlxalq Diskussiya Klubunun iclasında ən güclü bəyanatlardan biri oldu.

AZƏRTAC xəbər verir ki, tanınmış rusiyalı politoloq, "Siyasi Araşdırmalar İnstitutu” qeyri-kommersiya tərəfdaşlığının baş direktoru Sergey Markov bu fikirləri oktyabrın 7-də "Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində keçirilmiş mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi "Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının yekunlarını təhlil edərkən söyləyib.

Rusiyalı məşhur politoloq regionda və dünyada baş verən proseslərlə əlaqədar Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcək inkişafı barədə fikirlərini də bölüşüb. Onun sözlərinə görə, ölkələr arasında münasibətlərdə "Bakı ab-havası” formalaşıb və "Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş iclasına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət edilməsi Moskva ilə Bakı arasında dostluq münasibətlərinin növbəti təzahürüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video