Alternative content

14:50 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Balakən rayonundan olan çağırışçı gənclər müddətli həqiqi hərbi xidmətə təntənə ilə yola salınıblar
Balakən rayonundan olan çağırışçı gənclər müddətli həqiqi hərbi xidmətə təntənə ilə yola salınıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:25 07.10.2019

"Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, oktyabrın 7-də Balakən rayonunda keçirilən yolasalma mərasimində xidmətin Balakən Rayon Şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən SHXÇDX-nin Balakən Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Sadiq İsmayılov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, ölkəmizin keşiyində ayıq-sayıq dayanmağın, respublikamızın ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağın vacibliyini onların diqqətinə çatdırıb.

Valideynlər adından çıxış edən Sevinc İsgəndərova xalqımızın qüdrətli Azərbaycan Silahlı Qüvvələrinə inamının böyük olduğunu diqqətə çatdırıb, övladlarını hərbi xidmətə fəxrlə yola saldıqlarını deyib.

Digər dövlət orqanlarının, veteran təşkilatlarının nümayəndələri çıxışlarında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi sahədə həyata keçirilən islahatlardan danışıb, çağırışçılara işğal altındakı torpaqlarımızda üçrəngli Azərbaycan bayrağını dalğalandırmağı arzulayıblar.

Çağırışçılar adından danışan Fuad Əliyev Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu vəzifəni layiqincə yerinə yetirəcəklərinə, Azərbaycan əsgərinə olan etimadı doğruldacaqlarına söz verib.

Konsert proqramı ilə davam edən tədbirin sonunda çağırışçı gənclər Azərbaycan bayrağını öpərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM