07 Oktyabr 2019 17:48
585
CƏMİYYƏT
A- A+

Əhalinin siyahıyaalınması ilə əlaqədar Dövlət Statistika Komitəsində “Qaynar xətt” Mərkəzi fəaliyyət göstərir


Oktyabrın 1-dən 10-dək keçirilən əhalinin siyahıyaalınması ilə bağlı Dövlət Statistika Komitəsində "Qaynar xətt” Mərkəzi yaradılıb.

Bu barədə AZƏRTAC-a komitənin Əhalinin Siyahıyaalınması Qrupunun rəhbəri Azad Abbasəliyev deyib.

O bildirib ki, hazırda siyahıyaalmanın yeddinci günüdür. Siyahıyaalma ilə əlaqədar əhalinin sorğularının cavablandırılması, yarana biləcək hər hansı problemin operativ şəkildə aradan qaldırılması məqsədilə Dövlət Statistika Komitəsində "Qaynar xətt” Mərkəzi fəaliyyət göstərir: "Əməkdaşlarımız tərəfindən "qaynar xətt”ə daxil olan hər bir müraciət dinlənilir, lazım gəldikdə hər hansı problem operativ aradan qaldırılması üçün müraciətlər həm yerli, həm də Bakı şəhəri üzrə statistika orqanlarına ünvanlanır. Əsasən kimin harada və necə siyahıyaalınması, eyni zamanda, hər hansı bir ev təsərrüfatının evdə olmaması halında siyahıyaalmanın necə keçirilməsi barədə müraciətlər daxil olur. Belə hallarda onlara izah olunur ki, siyahıyaalma oktyabrın 1-10-u tarixlərini əhatə edir və hər hansı bir gün ərzində vətəndaşların ünvanına gələrək siyahıyaalma keçiriləcək. Əgər sayıcı ev təsərrüfatına gələn zaman orada sakinləri tapmasa evdə çətin tapılan şəxslərə dair müvafiq sənədi doldurur və qapıya yapışdırır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video