Alternative content

15:06 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsinin sədri Kiyevdə beynəlxalq konfransda iştirak etmişdir
Konstitusiya Məhkəməsinin sədri Kiyevdə beynəlxalq konfransda iştirak etmişdir
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
12:09 23.09.2011

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Ukrayna Konstitusiya Məhkəməsinin sədri Anatoli Qolovinin dəvəti ilə Kiyev şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişdir. 

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ukrayna Konstitusiya Məhkəməsinin 15 illik yubileyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında MDB və Avropa ölkələrinin konstitusiya məhkəmələrinin sədrləri və tanınmış hüquqşünaslar konstitusiya hüququ mövzusunda müxtəlif müzakirələr aparmışlar.

Tədbirin proqramına uyğun olaraq konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində insan hüquqları müdafiəsinin mexanizmi" mövzusunda çıxış etmişdir. Səfər çərçivəsində həmçinin Azərbaycan ilə Ukrayna arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM