Alternative content

04:55 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq olunub
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:12 07.10.2019

Küləyin sürəti 25–30 metr saniyəyədək güclənəcək, Xəzərdə dalğanın hündürlüyü 3,5–5,5 metr olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan xəbərdarlıqda bildirilir ki, Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7–si saat 9:00–dan saat 21:00–dək şimal-qərb, şimal küləyinin sürəti 13–18 metr saniyə, arabir 20–23 metr saniyə olacaq. Sonrakı inkişafda küləyin sürəti isə 25–30 metr saniyəyədək güclənəcək. Dalğanın hündürlüyü 2,5–3,5 metr, sonrakı inkişafda 3,5–5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

Agentliyin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.

Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı diqqətdədir. Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Qeyd edək ki, Xəzəryanı dövlətlər içərisində ilk olaraq Azərbaycanda yaradılan Milli Mərkəz ən son texnoloji avadanlıqlarla təchiz olunub. Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, SOCAR və BP şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi aparılır.

Bu müddət ərzində heç bir problem və çətinlik yaşanmayıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM