Alternative content

05:02 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müəllim əməyi yüksək qiymətləndirilir
Müəllim əməyi yüksək qiymətləndirilir
ANA SƏHİFƏ / Təhsil
00:47 06.10.2019


Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən "28 May” Mədəniyyət Evində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov Qubadlı təhsilinin inkişafından danışıb, rayonun orta məktəblərinin maddi-texniki bazasının ildən-ilə gücləndirildiyini və bunun məntiqi nəticəsi kimi təhsildə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, bütün müəllimlərə nailiyyətlər diləyərək, təhsil işçilərinə Azərbaycanın gələcəyi üçün əsl vətənpərvər vətəndaşlar yetişdirməyi arzulayıb.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov müəllimləri bayram günü münasibətilə təbrik edərək, bu günün bütün dünyada olduğu kimi, ölkəmizin də çoxminli müəllim ailəsi üçün əziz bayram olduğunu vurğulayıb. Malik İsaqov təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Prezidentin sərəncamlarının, habelə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasının və Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb proqramı”nın və digər bu kimi tədbirlərin dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Qubadlı rayon məktəblərinin uğurlarından bəhs edən M.İsaqov vurğulayıb ki, rayon üzrə 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 18-i yeni tikilib, 14-ü əsaslı təmir olunub. Eyni zamanda, 2018/2019-cu tədris ilində Abşeron rayonu "St. Sumqayıt” ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta məktəbləri, eləcə də şəhər 4 saylı tam orta məktəb müasir tələblərə cavab verən yeni binalarda fəaliyyətə başlayıb, 2019/2020-ci tədris ilində isə Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilib.

M.İsaqov bütün bu nailiyyətləri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsi kimi dəyərləndirib.

İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayon Çardaxlı kənd tam orta məktəbinin direktoru Çingiz Salmanova "Əməkdar müəllim” adı verilməsi münasibətilə onu təbrik edib, fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə fəxri fərman verib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM