Alternative content

14:42 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnsan cəsədlərindən “hörülən” sədd
İnsan cəsədlərindən “hörülən” sədd
ANA SƏHİFƏ / Elm və texnika
00:45 06.10.2019


"Hər kərpicin sayı qədər insan udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır”. Bu deyim onilliklər öncə Çində xalq tərəfindən yaranıb və dillər əzbəri olub. Üstəlik boşuna da deyilməyib. Özündə tarixi həqiqəti ehtiva edən bu cümlə Böyük Çin səddi haqqındadır. Bəli, Şərqin ən möhtəşəm və qeyri-adi tarixi memarlıq abidəsinin divarları həm də milyonlarla insanın cəsədlərindən hörülüb...

Çinlilərin "Vanli Çançen” dedikləri, Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən Böyük Çin səddi ilk dəfə m.ə. 221-ci ildə imperator Çin Şi-Xuandi tərəfindən tikilib.

Çin imperatorluğunun əsasını qoyan və onu ən güclü dövlət kimi formalaşdıran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. İmperator istəyirdi ki, onun tikdirdiyi nəhəng daş divarı heç bir qüvvə yıxa və aşa bilməsin. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuş və bu dağınıq xalqlar əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər.

Səddin birinci hissəsinin uzunluğu 2450 kilometr olmalı və 10 ilə tikilib qurtarmalı idi. Uca dağlardan, dərin dərələrdən, susuz səhralardan keçən bu tikinti çox çətin şəraitdə aparılırdı. Əraziyə inşaat materialları əllə daşınırdı. Və buna da yüz minlərlə insan əməyi sərf edilirdi. Görünür elə buna görə də əl arabası ilk dəfə bu divarın çəkilişi zamanı zərurət olaraq çinlilər tərəfindən icad edilib.

Səddin tikintisi ayrı-ayrı hissələrə bölünmüşdü və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tikirdi. İmperator tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırmışdı. Men-Tyan isə tikinti işlərini vaxtında başa çatdırmaq üçün 350 min əsgəri və yüz minlərlə mülki adamı işə cəlb etmişdi. Mülki adamların arasında şəhərli ustalar, əkinçi kəndlilər və on minlərlə həbsxana məhkumları vardı.

Men-Tyan əvvəlcə səddin hər 100 metrliyində ucaldılan gözətçi qüllələrinin tikintisindən başlamışdı. Bu sayaq qüllələrin sayı 25 mindən çox idi. Hər birinin hündürlüyü 12 metrə çatan qüllələr tamamlandıqdan sonra aralarında hündürlüyü 7,5 metrə, bəzi yerlərdə isə 10 metrə çatan və qalınlığı 5,5-6,5 metr olan daş divarlar tikilirdi.

Səddin bayır tərəfi yad torpaqlar adlanırdı. Buna baxmayaraq, ölkənin mühafizəsini yaxşı təşkil etmək naminə həmin yad torpaqlarda da 15 mindən çox gözətçi qüllələri tikilmişdi. Qüllədəki gözətçilər gündüzlər tüstü ilə, gecələr isə tonqal qalamaqla düşmənin gəldiyini xəbər verirdilər.

Deyildiyi kimi, 2450 kilometrlik səddin tikintisi cəmi 10 ilə - m.ə. 230-cu ildə başa çatdırıldı. Bu münasibətlə imperator Men-Tyanı böyük mükafatlarla təltif etdi. Amma imperator bilmədi ki, bu nəhəng səddi tikib qurtarana qədər qarda, şaxtada, səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdu. Ölən adamlar isə Men-Tyanın əmri ilə qala divarlarına hörülürdü...

Sədd tikiləndən sonra onun mühafizəsi çox ciddi təşkil olunmuşdu. Bir neçə qülləni qoruyacaq 145 nəfərlik hərbi qarnizon, həm səddi, həm də iç divarlar boyu tikilmiş anbarları mühafizə edirdi. Səddin üstü çox geniş və enli idi. Divarların üstü ilə dörd piyada əsgər və ya üç atlı yan-yana gedə bilirdi. Divarların üstünə qalxmaq üçün iç tərəfdən çoxlu pilləkənlər qurulmuş və yağış-qar suyunu kənara atmaq məqsədilə daş novlar qoyulmuşdu.

Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrildi. Lakin o, yeni eranın VI əsrindən başlayaraq türk imperiyalarının güclü ordularının önünü saxlaya bilmədi və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirdi. Qədim türk hökmdarları Bilgə Xaqan, Mete, Monqol imperatoru Çingiz xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yeridilər.

Lakin Min sülalə imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha çin xalqını vahid məqsəd - Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxladı.

İstehkamın ən yaxşı saxlanılan hissəsi Pekinin təxminən 65 kilometrliyindəki Badalin kəndi yaxınlığında olan hissəsidir. Bu hissə 6 inzibati rayonun ərazisindən keçir və 520,71 km təşkil edir. Bir neçə il ərzində onun 37,5 km hissəsi restavrasiya olunub.

Sonradan alimlər Böyük Çin səddinin cənub-şərq tərəfində, Koreya Xalq Respublikası ilə qonşuluqda olan Qirin vilayətindəki hissəsini aşkar ediblər. Sonuncu tapılmış hissə divarların özündən 11 km uzaqlıqda yerləşir. Mədəni İrs üzrə Dövlət Administrasiyasının 2007-ci ildə başlayıb 2012-ci ildə yekunlaşdırdığı hesablamalara görə isə, Çin səddinin uzunluğu 21 min 196 kilometr, eni 5-8 metr, hündürlüyü orta hesabla 6-7 metrdir.

Böyük Çin səddi - ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi üç min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır. Çinlilər üçün Böyük Çin səddi ölkənin böyüklüyünün sübutudur. Dünya üçün isə Böyük Çin səddi insan gücünün, ixtirasının və dözümlülüyünün abidəsidir. Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əli ilə tikilmiş ən böyük möcüzələrdən biri olmaqla Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən qiymətli incisi hesab edilir.

Çinin şərqindən qərbinədək uzanan Böyük Çin səddinin tamaşasına hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir. Bu abidə 1987-ci ildən etibarən UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilərək bu beynəlxalq qurumun nəzarəti altında qorunur.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM