06 Oktyabr 2019 00:33
30999
Səhiyyə
A- A+

Boğazımızın qənimi - faringit


Havaların dəyişməsi ilə bərabər şikayət edilən xəstəliklərdən biri də boğaz ağrısıdır. Bəs boğaz ağrısının yaranmasına nə səbəb olur? Boğaz ağrısını sağaltmaq üçün nə etmək lazımdır?

Boğaz ağrısı barədə məlumat verən qulaq-burun-boğaz və baş-boyun cərrahı Cavid Cabbarzadə bildirir ki, udlağın iltihabı olan faringitə insanların əksəriyyətində rast gəlinir və müddətinə görə iki növü var. Əgər yeni yaranmış və şiddətli şikayətlər verirsə kəskin, uzun müddət davam edirsə və xəstədə çox güclü şikayətlər vermirsə xroniki faringit adlanır.

Kəskin faringit əsasən üst tənəffüs yolu infeksiyasından sonra müşahidə olunur və səbəbi daha çox viruslardır. Xroniki faringitin yaranmasında isə əsasən qıcıqlandırıcı faktorlar rol oynayır. Siqaret istifadəsi, alkoqol qəbulu, allergiya, postnazal axıntı, quru və kirli hava mühiti, burun tıxanıqlığına səbəb olan faktorlar, reflüks, çox isti və soyuq qidalar, boğaztəmizləmə refleksinin tez-tez təkrarlanması, diş və badamcıq iltihabı bu faktorlardandır.

Əlamətləri

Həkim bildirir ki, kəskin faringitdə xəstənin şikayətləri qabarıqdır. Boğazda ağrı, udqunma çətinliyi, boğazda quruluq, yanma, qaşınma hissi, temperatur, öskürək kimi şikayətlər olur. Boyunda limfa düyünlərinin böyüməsi, burun tıxanıqlığı, burun axıntısı, başağrısı, halsızlıq kimi şikayətlər də müşahidə oluna bilər. Xroniki faringitdə temperatur, halsızlıq, süstlük kimi şikayətlərə rast gəlinmir. Boğazla bağlı şikayətlər yüngüldür, ancaq uzun müddət davam edir. Boğazda quruluq, yanma, qıcıqlanma, yad cisim qalma hissi, udqunma pozğunluğu kimi şikayətlər ola bilər. Qıcıqlandırıcı öskürək olur. Həm kəskin, həm də xroniki faringitin diaqnozu xəstənin anamnezinə və müayinəyə əsasən qoyulur.

Müalicəsi

Kəskin faringitin virus mənşəli olduğu müəyyənləşərsə antibiotik verilmir, ancaq prosesə bakteriyaların da qoşulduğu aydınlaşanda antibiotiklərdən istifadə olunur. Əlavə olaraq ağrıkəsicilər, allergiyası olan xəstələrdə antihistaminlər, burunaçıcı spreylər, öskürək əleyhinə preparatlar və boğaz üçün qarqaralar istifadə oluna bilər.

Xroniki faringitin müalicəsi daha mürəkkəbdir. Müalicə ilə yanaşı, xəstənin müəyyən pəhrizə də diqqət etməsi vacibdir. Ancaq yenə də xroniki faringit nadir hallarda tam olaraq sağalır. Öncəliklə onu yaradan səbəb aşkar olunmalı və müvafiq müalicə aparılmalıdır. Antibiotiklər əksər hallarda faydasızdır. Postnazal axıntını azaldan sprey və qarqaralar istifadə edilir. Reflüks əleyhinə dərmanlar təyin edilir.

Nələrə diqqət edilməlidir?

Siqaret və alkoqol istifadəsini azaltmaq və ya kəsmək;

Tozlu mühitlərdə qalmamağa çalışmaq;

Çox soyuq və isti qidalar qəbul etməmək;

Allergiyaya səbəb olan faktorlardan uzaq düşmək;

Tez-tez və şiddətli boğaztəmizləmələri azaltmaq;

Bol miqdarda C vitamini ilə zəngin qidalar qəbul etmək.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video