Alternative content

11:35 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Boğaz ağrısından qurtulmağın yolları
Boğaz ağrısından qurtulmağın yolları
ANA SƏHİFƏ / Səhiyyə
00:33 06.10.2019


1. Bal, limon və zəncəfilin gücündən faydalanın

Evinizdəki ədviyyatlarla hazırlaya biləcəyiniz sadə bir qarışımla boğaz ağrısından xilas ola bilərsiniz. Bir neçə qaşıq bal, yarım limonun suyu ilə bir çay qaşığı toz zəncəfili qarışdırın və üzərinə az miqdarda ilıq su əlavə edin. Əldə etdiyiniz qarışımı içmək boğaz ağrısı üçün təsirli vasitə olacaq.

2. Nanəcövhərli buxar vannası edin

Burun tutulması və gecələr ağzı açıq yatmaq ağzın qurumasına səbəb olur. Bu isə ağıza çoxlu sayda mikrobun daxil olmasına imkan yaradır. Yatmazdan əvvəl nanəcövhərli buxar vannası burun tıxanıqlığının aradan qalxmasına səbəb olar.

3. Cökə və adaçayı için

Boğazdakı qıcığı aradan qaldırma xüsusiyyəti ilə tanınan cökə və adaçayı içmək boğaz ağrısı zamanı çox təsirli olur. Bu bitkilər immunitet sistemini gücləndirərək bədəninizin infeksiyalara qarşı müqavimətini də artırar.

4. Bol su için

Bol su içmək boğaz, dolayısı ilə hava yollarının nəmli qalmasını təmin edir. Bu da ağız qurumasının qarşısını alır, boğazdakı qıcıqlanmanı azaldır. Gündə ən azı 1,5-2 litr su içməyə cəhd edin. Suyu ilıq olaraq, yəni otaq temperaturunda için.

5. Qidaları ilıq formada yeyin

Həddən artıq isti və ya soyuq qidalar boğazınızdakı qıcıqlanmanı artıra bilər. Buna görə də mütləq qida və içkilərinizi ilıq formada qəbul edin. Boğazınızın həddən artıq ağrılı, şiş və iltihablı olduğu vaxtlarda sıyıqlar və ya püre formasında yeməklər yeyin. Bu cür yeməklər udmağınız üçün daha asan olacaq.

6. Siqaret və siqaret tüstüsündən uzaq olun

Siqaret çəkmək nəfəs yollarını həm qıcıqlandırır, həm də xarici təsirlərə qarşı müdafiəni azaldır. Siqaret çəkmək hər hansı infeksiya olmasa belə, boğazda ağrı, qıcıqlanma və öskürəyə səbəb ola bilər. Siqaretdən əlavə, başda qəlyan olmaqla tüstülü vasitələrdən istifadə və hətta bu vasitələrin tüstüsü olduğu yerdə durmaq boğazınızı qıcıqlandıra, boğaz ağrısının sağalmasını gecikdirə bilər. Buna görə də siqaret çəkməyin və siqaret tüstüsündən uzaq durmağa çalışın.

7. Qızdırıcı üzərinə içi su dolu qablar qoyun

Soyuq aylarda evlərin isinməsi səbəbindən mühitdəki nəmlik azalır və udulan quru hava boğazdakı qıcıqlanmaya səbəb olur. Bunun qarşısını almaq üçün evinizdə mağazadan aldığınız buxar avadanlıqlarından istifadə edə bilərsiniz. Bundan başqa, daha bir çıxış yolu var: evinizdəki qızdırıcının üzərində içi su ilə dolu qab və ya qablar qoyun. Bu yollardan istifadə etməklə siz mühitin nəmli havasını təmin edə bilərsiniz.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM