Alternative content

11:30 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Taclı meyvə
Taclı meyvə
ANA SƏHİFƏ / Səhiyyə
00:28 06.10.2019


Soyuqdəymə, qızdırma, boğaz ağrısının dərmanı


Meyvələrin tacı sayılan nar yeganə bitki növlərindən biridir ki, yarpağının, çiçəyinin, qabığının, dənəsinin, şirəsinin, şərbətinin sağlamlıq üçün inanılmaz dərəcədə faydası var.

Tərkibi vitaminlərlə, mikroelementlərlə, orqanizm üçün zəruri olan digər maddələrlə zəngin olan nar hələ qədim zamanlardan xalq təbabətində geniş istifadə olunub. Belə ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar bu möcüzəvi bitkidən şəfa tapıblar. Nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı vasitələrdən biridir. 1 stəkan nar şirəsi ürəyi qüvvətləndirir. O, həm də qan təzyiqini aşağı salır.

Orqanizmin zərərli maddələrdən təmizlənməsinin ən asan yolu nardan istifadə etməkdir. Qanın təmizlənməsi üçün ildə iki dəfə nar şirəsindən istifadə etmək yetərlidir. Kurs 3 həftə davam etdirilməlidir. Birinci həftə gün ərzində 3 dəfə yarım stəkan, ikinci həftə 2 dəfə, üçüncü həftə gündə bir dəfə yarım stəkan təzə çəkilmiş nar şirəsi içilərsə, qan zərərli maddələrdən təmizlənmiş olar. Dərinin gümrah və sağlam görünməsini təmin edən nar həm də dəri infeksiyalarına qarşı mübarizə aparır.

Bu möcüzəvi meyvənin ən başlıca faydalarından biri odur ki, o, bütün orqanların fəaliyyətinə müsbət təsir edir, immun sistemini gücləndirir.

Soyuqdəymə və qızdırma zamanı bir stəkan nar şirəsinə bir çay qaşığı bal əlavə edib içmək xeyirlidir. Nar görmə qabiliyyəti üçün də olduqca xeyirlidir. Əgər görmə qabiliyyətinizdə zəifləmə (toyuq korluğu) hiss edirsinizsə, qida rasionunuza hökmən nar şirəsi əlavə edin. Nardan müntəzəm olaraq istifadə xərçəng xəstəliyinə tutulmaq riskini azaldır. Stresdən, gərginlikdən yaxa qurtarmaq üçün çay dəmləyərkən ona bir neçə nar qabığı da əlavə edin. Bu, çayınızı ətirli etməklə yanaşı, gün ərzində qıcıqlanmalardan sizi xilas edəcək.

Nardan ağız boşluğunda yaranan iltihabi xəstəliklər, boğaz ağrısı zamanı da faydalanmaq olar. Bunun üçün nar şirəsini ilıq su ilə qarışdırıb qarqara etmək öz müsbət təsirini göstərər.

Mədə və onikibarmaq bağırsağın xorası, qastrit, pankreatit, qəbizlik zamanı nardan istifadə etmək məsləhət görülmür.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM