Fəsil dəyişməsi, havaların soyuması soyuqdəyməyə, boğaz ağrısına, zökəmin geniş yayılmasına səbəb olur. Bəs xəstələnməmək, viruslara yoluxmamaq üçün immun sistemini necə gücləndirmək olar?
Bunun üçün ilk növbədə menyunuzda A, C vitaminləri və sinklə zəngin qidalar üstünlük təşkil etməlidir. Mövsümə uyğun qidalanma immun sistemini gücləndirən amildir. Bu halda tünd yaşıl yarpaqlı göyərtilər, parlaq narıncı rəngli meyvələr, yağlı balıqlar immun sistemini gücləndirərək yuxarı tənəffüs yolları infeksiyalarına qarşı dözümlülük yaradır.
Qaraciyər, yumurta, süd, kərə yağı, ispanaq, çuğundur yarpağı, kök, boranı A vitamini ehtiyacını ödəyir.
Yetkin yaşında olan bir şəxsin gün ərzində təqribən 90 milliqram C vitamini qəbul etməsi lazımdır. Səhər yeməyində 3 ədəd yaşıl bibər, gün ərzində 2 narıngi yeməklə gündəlik C vitamini ehtiyacını ödəmək mümkündür.
Çox stress keçirənlərin, alkoqol, siqaret istifadəçiləri, yüksək temperaturla müşayiət olunan virus xəstəliklərinə yoluxanların, antibiotik və ağrıkəsici istifadə edənlərin gündəlik C vitamini ehtiyacı daha yüksək olur.
Bunun üçün qırmızı ət də daxil olmaqla, sink qaynağı sayılan heyvan mənşəli qidalar qəbul etmək vacibdir. Balqabaq tumu, tünd yaşıl rəngli göyərtilər də bu baxımdan çox faydalıdır.