Alternative content

05:55 20 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:17 20.10.2019 Zəfərin Komandanı
01:16 20.10.2019 Prinsipial mövqe
00:50 20.10.2019 Torpağa bağlı ömür
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şahmat üzrə Dünya Kubokunun ilk azərbaycanlı sahibi
Şahmat üzrə Dünya Kubokunun ilk azərbaycanlı sahibi
ANA SƏHİFƏ / İDMAN
00:23 06.10.2019


Azərbaycanlı beynəlxalq qrossmeyster Teymur Rəcəbov Rusiya Federasiyasının Xantı-Mansiysk şəhərində başa çatmış şahmat üzrə Dünya Kuboku yarışının qalibi olmuşdur.

Dünya reytinqinin ilk üçlüyündə yer almış çinli qrossmeyster Dinq Lirenlə final qarşılaşmasında kubokun sahibini müəyyənləşdirmək üçün on görüş keçirilmişdir. Klassik partiyalarda və rapiddə heç-heçə qeydə alınmış, blitsdə isə Teymur Rəcəbov həm ağ, həm də qara fiqurlarla qarşılaşmalarda üstün olmuş və görüşü 6:4 hesablı qələbə ilə başa çatdırmışdır.

Xatırladaq ki, altmışdörddəbir final mərhələsindən start götürmüş turnirdə Teymur Rəcəbovla bərabər daha dörd qrossmeysterimiz - Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Nicat Abbasov və Arkadi Naydiç iştirak etmişdir. Lakin onlar mübarizəni erkən dayandırmışdılar.

Dünya Kubokuna aparan yolda Teymurun birinci mərhələdə rəqibi Farer adalarının təmsilçisi Helqi Ziska idi. Rəqibini asanlıqla məğlub edən qrossmeysterimiz sonrakı raundlarda rusiyalı şahmatçılar Sənan Syugirov və Daniil Yuffa, digər təmsilçimiz Şəhriyar Məmmədyarov, amerikalı Ceffri Xionq və Fransa təmsilçisi Maksim Vaşye-Laqravdan üstün olmuşdur.

Həlledici görüşdən sonra şahmatçımızın yüksək ustalığını onun rəqibi Dinq Liren də qiymətləndirmişdir: "Əvvəlcə yaxşı oynamağa başladım. Xüsusilə birinci partiyada. Lakin sonradan təşəbbüsü əldən verdim. Teymur finalda parlaq mövqe oyunu nümayiş etdirməklə qələbə qazandı”.

Teymur finala vəsiqə qazanmaqla yanaşı, iddiaçılar turnirinə qatılmaq hüququnu da əldə etmişdir. Mötəbər yarışda qalib gələn şahmatçımız bu uğuru ilə həm də ilk azərbaycanlı kimi ölkə idmanının da tarixinə düşmüşdür.

Bu parlaq qələbə, təbii ki, ölkə rəhbərliyinin diqqətindən kənarda qalmamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin qrossmeysterimizə təbrik məktubunda deyilir: "Əziz Teymur, Rusiyanın Xantı-Mansiysk şəhərində Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm. Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın. Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin şahmat tarixində ilk dəfə Dünya Kubokuna sahib olan Teymur Rəcəbovu "İnstaqram” səhifəsində təbrik edib: "Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb. Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!”

Xatırladaq ki, 2001-ci ildə 14 yaşında ən gənc şahmatçı kimi dünya rekordunu yeniləyərək beynəlxalq dərəcəli qrossmeyster adına layiq görülmüş Teymur Rəcəbov üç il sonra dünya çempionatının yarımfinalçısı olmuşdur. O, Azərbaycan komandasının tərkibində üçqat Avropa çempionudur.

Teymur 2003-cü ildə İspaniyanın Linares şəhərində keçirilmiş mötəbər turnirdə 13-cü dünya çempionu Harri Kasparovu məğlub etmişdir. Bu görüş ən yaxşı oyun mükafatına layiq görülmüşdür. Həmin il Teymur həm də digər dünya çempionlarından - hindistanlı Vişvanatan Anand və ukraynalı Ruslan Ponomaryovdan güclü olmuşdur. Qrossmeysterimiz 2004-cü ildə FIDE dünya çempionatında yarımfinal mərhələsində iştirak etmişdir. O, həmin il Liviyanın paytaxtı Trablisdə keçirilmiş dünya çempionatında bürünc medala yiyələnmişdir. Teymur 2005-ci ildə Dos-Hermanas turnirinin qalibi olmuş və Avropa çempionatının gümüş medalına layiq görülmüşdür. 2006-cı ildə Linaresdə daha bir dünya çempionunu - Veselin Topalovu məğlub etmiş, növbəti il 14-cü kateqoriyalı Korus turnirinin qalibi olmuşdur.

İndi Teymur Rəcəbovu səkkiz qrossmeysterin iştirakı ilə mötəbər iddiaçılar yarışı gözləyir. Gələn il start götürəcək həmin turnirin qalibi hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

Rizvan CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM