Alternative content

11:30 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səyavuş Novruzov: Prezident İlham Əliyevin Soçidəki çıxışı dövlətimizin birmənalı mövqeyini bir daha nümayiş etdirdi
Səyavuş Novruzov: Prezident İlham Əliyevin Soçidəki çıxışı dövlətimizin birmənalı mövqeyini bir daha nümayiş etdirdi
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:39 05.10.2019

Prezident İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI illik iclasının plenar sessiyasındakı çıxışında konkret olaraq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan etdi. Dövlətimizin başçısı çıxışında "Qarabağ Azərbaycandır və nida” söyləməklə bir daha dövlətimizin birmənalı mövqeyini nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyev çıxış etdiyi bütün mötəbər tədbirlərdə, eləcə də beynəlxalq təşkilatların tribunalarından Ermənistanın işğalçılıq siyasətini pisləyərək Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu bəyan edib. "Bu gün Azərbaycan kifayət qədər inkişaf etmiş bir ölkədir. Ölkəmizdə ictimai-siyasi sabitlik mövcuddur. Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Ordumuz istənilən an Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcək gücdədir.

Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatlar verərkən anlamır ki, bu gün Azərbaycan güclü ölkədir. Əgər o, müharibə istəyirsə layiqli cavabını alacaq”, - deyə Milli Məclisin komitə sədri vurğulayıb.

N.Paşinyanın siyasətdə çox naşı və təsadüfi biri olduğunu deyən Siyavuş Novruzov heç bir dövlət başçısının onunla ünsiyyət qurmaq istəmədiyini vurğulayaraq deyib: "Paşinyan da, onun ölkəsi də beynəlxalq səviyyədə heç yerdə və heç kimdə maraq doğurmur. Müstəqil Azərbaycan isə regionun aparıcı ölkəsi kimi güclü iqtisadiyyata malikdir. Mötəbər tədbirlərin keçirildiyi mərkəzə çevrilən Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM