05 Oktyabr 2019 11:16
805
Mədəniyyət
A- A+

Nyu-Yorkda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib


Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Nyu-York şəhərində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl tanınmış pianoçu, Əməkdar artist, professor, beynəlxalq müsabiqələr laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova çıxış edərək tədbirin əhəmiyyəti, Nəsimi dühası haqqında və "Nəsimi ili” mövzusunda çıxış edib.

Konsert proqramı çərçivəsində "Amerika Muğam Cəmiyyəti”nin sədri Cefri Verbakın Azərbaycanın milli tar və kamança alətlərində muğam ifa etməsi böyük maraqla qarşılanıb.

Azərbaycanın istedadlı pianoçusu, respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin solo ifasında Üzeyir Hacıbəylinin "Cəngi”, Firəngiz Əlizadənin "Sonata” və digər əsərlər səslənib.

Bəstəkar İlahə İsrafilovanın Amerikada premyerası baş tutan "The world of Nasimi” kompozisiyası dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Həmçinin tədbirdə amerikalı soprano Shenika John Jordan tərəfindən Nəsiminin qəzəlləri və onun qəzəllərinə yeni yazılmış romanslar və N.Əliyarovanın ifasında "Yeddi gözəl” baletindən parça, F. Sücəddinovun "Vətən” balladası və s. əsərlər səsləndirilib.

Qeyd edək ki, Nyu-Yorkda Azərbaycanın dahi şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramının keçirilməsi mədəniyyətimizin geniş arenada təbliği istiqamətində atılmış əlamətdar hadisələrdəndir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video