Alternative content

09:57 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Fransada heyvandarlıq sərgisinin açılışında iştirak edib
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Fransada heyvandarlıq sərgisinin açılışında iştirak edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:42 05.10.2019


Fransadakı səfirliyimizin və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə ölkəmiz Fransanın Overn-Ron-Alp regionunun Klermon-Ferran şəhərində "Sommet de l'elevage” ("Heyvandarlıq zirvəsi”) adlı beynəlxalq heyvandarlıq sərgisində təmsil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Kənd Təsərrüfatı naziri İnam Kərimov rəhbərlik edib. Əvvəlcə nümayəndə heyətimizin üzvləri Klermon-Ferran meriyasında keçirilən sərginin rəsmi açılışında iştirak ediblər. Açılışa bir çox ölkənin kənd təsərrüfatı nazirləri, Fransada akkreditə olunmuş səfirliklərin nümayəndələri, heyvandarlıq üzrə mütəxəssislər qatılıblar.

Sonra nümayəndə heyətimiz Overn Zenit mərkəzində təşkil olunmuş beynəlxalq heyvandarlıq sərgisinə gəlib.

Nazir İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətini sərginin təsisçisi Roje Blan və ADEPTA şirkətinin Qafqaz üzrə rəhbəri Roşel Levi qarşılayıb.

R.Blan nümayəndə heyətimizə sərginin tarixi haqqında məlumat verib. Sonra sərgi salonları ilə tanışlıq olub. Azərbaycan nümayəndə heyətinin üzvləri xırda və iribuynuzlu, eləcə də ətlik və südlük heyvanlar, onların müxtəlif iqlim şəraitinə dözümlülüyü barədə məlumatlandırılıblar. Eyni zamanda sərgi çərçivəsində heyvandarlıq sahəsində müvafiq texnologiyalarla tanışlıq olub. Süni mayalanma, südün saxlanılması, heyvan yemlərinin hazırlanması, kənd təsərrüfatı texnikası ilə bağlı suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Nazir İnam Kərimov sərgidə nümayiş olunan ətlik və südlük, xırda və iribuynuzlu heyvan cinslərindən hansının daha çox fayda verdiyi və ölkəmizin iqlim şəraitinə uyğunlaşdırılması yollarına dair azərbaycanlı fermerlərlə birlikdə fikir mübadiləsi aparıb.

Oktyabrın 4-dək davam edəcək sərgiyə ölkəmizin 10-dan çox fermeri, eləcə də assosiasiyaların rəhbərləri qatılıb.

Klermon-Ferran beynəlxalq heyvandarlıq sərgisi dünyanın ən böyük ixtisaslaşmış sərgisidir. Sərgidə dünyanın 38 ölkəsindən 1560 şirkət iştirak edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM