Alternative content

00:12 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni tədris ilindən 145 müəllim Qubada pedaqoji fəaliyyətə başlayıb
Yeni tədris ilindən 145 müəllim Qubada pedaqoji fəaliyyətə başlayıb
ANA SƏHİFƏ / Təhsil
01:39 05.10.2019


Cari tədris ilində 145 nəfər müəllim işə qəbulu müsabiqəsində uğur qazanaraq Quba rayonunda pedaqoji fəaliyyətə başlayıb. Onlardan 85 nəfər müddətsiz müqavilə, 60 nəfər isə müddətli müqavilə ilə işə düzəlib. İşə qəbul prosesi hazırda davam etdirilir.

Bu barədə Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev AZƏRTAC-a məlumat verib.

R.Hacıyev bildirib ki, Quba rayonu üzrə müəllimlərin işə qəbulu müsabiqəsində rayondan 255 vakant iş yeri göstərilib.

"Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər keçirilib. Bu tədbirlər müəllimlər arasında sağlam rəqabəti və motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub. Təsadüfi deyil ki, 2019-cu ildə Quba rayonu üzrə 600-dən yuxarı bal toplayan 4 məzun müəllim peşəsini seçib. Ümumilikdə isə cari ildə ali təhsil müəssisələrinə qəbul olunan 197 nəfər müəllimlik peşəsinə üstünlük verib”, - deyə R.Hacıyev vurğulayıb.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə ölkəmizdə 7 mindən çox müəllim işə qəbul olunub. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM