Alternative content

09:49 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əhalinin siyahıyaalınması bütün islahatlara yeni impuls verəcək
Əhalinin siyahıyaalınması bütün islahatlara yeni impuls verəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:37 05.10.2019


Ölkəmizdə əhalinin siyahıyaalınması uğurla davam edir. Dövlət əhəmiyyətli bu mühüm tədbirin icrası demək olar ki, bütün məsul qurumların və ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Bundan başqa, Azərbaycanda keçirilən siyahıyaalınma, həmçinin müəyyən beynəlxalq təşkilatların da maraq dairəsinə daxildir.

Belə ki, siyahıyaalmada toplanan məlumatların nəticələri müəyyən sahələrin araşdırılmasına imkan yaradacaq, Azərbaycan beynəlxalq reytinq agentliklərinin sorğularında daha dolğun təqdim ediləcək.

Müasir dünya düzənində inkişaf tendensiyalarının saxlanılması, perspektiv inkişaf istiqamətlərinin tam qiymətləndirilməsi, təhlillərinin mükəmməlliyi və zəruri qərarların verilməsi üçün əhalinin siyahıyaalınması ən vacib məlumat mənbələrindən biridir. Məhz buna görə də həm dünya, həm də ölkə miqyasında siyahıyaalınma xüsusi əhəmiyyətli tədbirdir.

Əhalinin sayının, strukturunun, ərazi baxımından sakinləşməsinin, etnik tərkibinin, təhsil səviyyəsinin və bir sıra sosial-iqtisadi göstəricilərinin araşdırılıb tədqiq edilməsi unikal məlumatları əldə etməyə imkan yaradır. Bu məlumatların toplusuna istinadən iqtisadi sahələrin inkişafı, ümumilikdə əhalinin rifahının yüksəldilməsi üçün zəngin məlumatlar əldə etmək mümkündür. Eyni zamanda belə statistik rəqəmlər dövlət büdcəsinin formalaşmasında, maliyyə resurslarının təyin edilməsində və bir çox digər sahələrdə düşünülmüş addımlar atmağa imkan yaradır.

Siyahıyaalmanın nəticələri investorlara əhalinin əsas demoqrafik xüsusiyyətləri, əmək ehtiyatları və istehlak bazarı haqqında beynəlxalq standartlara uyğun cavab verən məlumatlar əldə etmək imkanı yaradır, uzunmüddətli biznes layihələrinin tərtibi üçün informasiya mənbəyi olur.

Keçirilən siyahıyaalmanın nəticələri əmək ehtiyatlarından istifadənin kəmiyyət və keyfiyyət parametrləri, işçi qüvvəsinin xarakteristikaları, o cümlədən əhalinin məşğulluq statusu, işsizliyin səviyyəsi, təhsil sisteminin əmək bazarının tələblərinə uyğunluğu barədə daha ətraflı məlumatlara yiyələnməyə, ölkədə həyata keçirilən ailə siyasətinin daha da gücləndirilməsinə imkan yaradacaq.

Siyahıyaalmada əldə olunan məlumatlardan ölkənin sosial-iqtisadi inkişaf sahəsində siyasətin formalaşdırılması, demoqrafik cərəyanların təhlili, qəbul edilmiş inkişaf strategiyaları və proqramlarının səmərəliliyini qiymətləndirmək üçün istifadə ediləcək. Bir sözlə, əhalinin siyahıyaalınmasının nəticələri ölkəmizin sosial-iqtisadi həyatının bütün sferalarını əhatə etməklə statistik informasiya sisteminin əsasını təşkil edir və bütün sahələrə dəqiq rəqəmlər əsasında yanaşmağa, düzgün və vacib qərarlar qəbul etməyə imkan yaradır.

Hazırda həyata keçirilən siyahıyaalma müstəqil Azərbaycan Respublikasının tarixində sayca üçüncüdür. Amma sonuncu siyahıyaalma əvvəlki illərdəkindən fərqli olaraq daha geniş sahələri əhatə edir və ciddi yeniliklərlə seçilir. Sorğu vərəqələrinə ilk dəfə olaraq əlilliyə dair əlavə edilən suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraiti, təhsili, məşğulluğu və digər göstəricilər üzrə məlumatlar əlavə ediləcək. Toplanmış yekun materiallar Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq konvensiyalar, o cümlədən BMT-nin "Əlillərin hüquqları haqqında” Konvensiyası çərçivəsində götürülmüş öhdəliklərin milli səviyyədə icrasının daha dolğun statistik qiymətləndirilməsinə və beynəlxalq təşkilatlardan daxil olan əhalinin bu kontingentinə dair sorğuların əhatəli cavablandırılmasına imkan verəcək.

Qeyd edək ki, həmçinin siyahıyaalmada beynəlxalq metodoloji yanaşmalara əsaslanan sorğu anketinə işçi qüvvəsinin tərkibi və əhalinin məşğulluğuna dair bir sıra yeni suallar da daxil edilmişdir. Eyni zamanda siyahıyaalma və sorğu vərəqələrində istifadə olunan terminlər milli normativ və beynəlxalq sənədlərə əsaslanır. Beləliklə, yekun məlumatları bundan əvvəlki siyahıyaalmanın göstəriciləri ilə müqayisə etmək mümkün olacaq.

Siyahıyaalmaya hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə hələ keçən il oktyabrın 1-dən 10-dək Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması keçirilmiş, Statistika Komitəsi tərəfindən hazırlanmış 50-dən çox metodoloji və köməkçi sənədlər, proqram təminatlar sınaqdan çıxarılmışdır. Keçənilki bu tədbir indiki siyahıyaalınmanın təşkilini və keçirilməsini xeyli asanlaşdırmışdır.

Artıq siyahıyaalınmanın ilk günlərindən ölkəmiz üçün vacib olan bu proses yüksək səviyyədə reallaşdırılır. Siyahıyaalma dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirildiyi üçün cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədə ümumi statistik məlumatları toplamaq imkanı yaranır. Ölkənin həyatında mühüm hadisə kimi qiymətləndirilən bu tədbirin müvəffəqiyyətlə keçirilməsi prosesində iştirak edən hər bir şəxsin böyük əməyi və həm də məsuliyyəti vardır. Prosesə 43 min insan cəlb olunmuşdur. 28 bənddən ibarət sorğu vərəqələrində 46 sual üzrə 280-ə yaxın bəndə sorğuda iştirak edənlər cavab verirlər. Əhalinin sorğulara tam, dolğun cavab verməsi üçün təşkilatçılar var gücü ilə çalışır, eyni zamanda KİV-də prosesi izləməklə öz töhfələrini verir.

Bahadur İMANQULİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM