Alternative content

21:50 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ay duman içində, xəyal da güman
Ay duman içində, xəyal da güman
ANA SƏHİFƏ / Mədəniyyət
01:36 05.10.2019


Yapon ədəbiyyatının tanınmış simalarından biri olan Ueda Akinari (1734-1809) Azərbaycan oxucularına bir o qədər də tanış olmayan yazıçılardandır. Feodal dövrü yapon ədəbiyyatının son klassiklərindən olan yazıçının ədəbi irsi çox məşhurdur və bu gün də Yaponiyada sevilərək oxunur.

"Duman, sis içində Ay” novellalar silsiləsi isə Akinarinin ən yaxşı əsərləri sırasına daxildir. Nağıl, əfsanə, dastan, hekayə, roman, poema... qədim zamanlardan bütün xalqların bədii yaradıcılığında geniş yer tutub. Bu kitabında milli yapon məişəti isə yazıçının interpretasiyasında özünəməxsus rəng və çalarlarla romantizmin realizmlə sintezində, oxucuya yeni cizgilərlə təqdim olunur.

Yapon ədəbiyyatşünasları bunu, hətta, XX əsr yazıçıları Alber Kamyü və Kobo Abenin roman-pritçaları ilə də müqayisə edirlər.

"Duman, sis içində Ay” əsərini Azərbaycan dilinə çevirən şair-publisist Şükür Şənolun kitabın son sözündə qeyd etdiyi kimi, hadisələrin daha qədim zamanların qarışıq, mübhəm fonunda təsvir olunduğu Akinarinin novellalarında müasirlərini düşündürən, aydın anlaşılan, kəskin, ciddi eyhamlar var: "...Amma yenə də Akinarinin novellalarında mətnaltı mənanın, həlledici məziyyətlərin nüvəsindəki siyasətin çəkisi azdır”.

Bu əsərlərin dəyərini milli məzmun daşıyan düşüncələrin zənginliyi, müəllifin epik-poetik ruhu müəyyən edir. Akinarinin əsərlərinin yapon və dünya ədəbiyyatının diqqətəlayiq örnəklərindən olduğu ilk andaca oxucunun marağını çəkir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM