Alternative content

09:57 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dəyişən nəsillər, dəyişməyən dəyərlər...
Dəyişən nəsillər, dəyişməyən dəyərlər...
ANA SƏHİFƏ / Mədəniyyət
01:34 05.10.2019


Azərbaycanın tarixinin qədimliyindən və zənginliyindən soraq verən İçərişəhərin bir-birindən maraqlı adət-ənənələri vardır. Onların bir hissəsi əsrdən-əsrə, nəsildən-nəslə ötürülərək bu gün də yaşamaqdadır. Burada keçirilən toy və yas mərasimləri, bayramlar və digər şənliklərin özünəməxsus, ənənəvi xüsusiyyətləri var idi...


"Küləklər şəhəri”nin sakinləri


İçərişəhərlilər adətən yay aylarını Bakı kəndlərindəki bağlarında keçirirdilər. Bu ənənə indi də davam etməkdədir.

Bakı küləklər şəhəri olduğundan içərişəhərlilər evlərini elə tikirdilər ki, küçələrdə xəzri ilə giləvar oynaya bilsin. İçərişəhərdə hər məhəllənin məşğuliyyətlərinə, xasiyyətlərinə uyğun ləqəbi olardı. Buradakı məhəllələrin hər birinin - Ağşalvarlılar, Hamamçılar, Bəzzazlar, Həkkakçılar və digərlərinin adlarının yaranmasının öz tarixçəsi vardı. Ümumiyyətlə, İçərişəhərdə ləqəblər qoşmaq dəbdəydi. Ləqəblər adamlara ya peşəsinə, ya da boyuna, xasiyyətinə uyğun qoşulurdu. Bəzən baş verən hansısa maraqlı hadisə də ləqəbin yaranmasına səbəb olurdu.

Qədim Qala qapısından daxil olan hər kəs diqqət mərkəzində olardı. Gələnin kimliyi hamını maraqlandırardı. İçərişəhərlilər könül rahatlığı ilə qapı-pəncərələrini açıq qoyar, damda yatardılar. Çünki burada oğurluq olmazdı.


Böyüyün böyük yeri...


İçərişəhər sakinlərinin ən gözəl adətlərindən biri də böyüyə hörmət göstərməkdi. Bəzən məhəllədə özündən yaşlı adam görənlər yollarını dəyişərdilər. Qarşılaşmalı olanda isə kiçiklər özlərini yığışdırar, salam vermələrinə, yerişlərinə, duruşlarına, geyim-keçimlərinə diqqət yetirirdilər ki, böyüklər onlardan narazı qalmasınlar.

Azərbaycanın bir çox yerlərində olduğu kimi, burada da böyük yanında övladınıı qucağına götürmək, öpmək, əzizləmək eyib sayılırdı. İçərişəhərlilər hörmət əlaməti olaraq, böyüklərin adlarının əvvəlinə ağa, əmioğlu, ağabacı və başqa sözləri əlavə edirdilər.

İçərişəhərdə ailənin rəhbəri ata idi. Onun söylədikləri qanun sayılırdı. Bir işə başlamaq istəyəndə, harasa gedəndə icazəni atadan alırdılar. Yeni qurulmuş ailələrdə də evin böyüyü kişi hesab edilirdi. Qadın ərinin sözünə tabe idi.

Atadan sonra böyük oğul ailə başçısı, ailənin böyüyü sayılırdı. Ailələrdə valideynlər əsasən böyük oğul ilə yaşayırdılar. Digər oğul övladları üçün ev tikir, onları ayırırdılar. Böyük oğul ata ilə birlikdə ailəyə kömək edərdi. Adətən gəlini işləməyə qoymurdular.

Ailənin yaşlı qadınları məscidə gedərdilər. İçərişəhərin qadınları ailəcanlı, evdardı. Onların yaxşı əl qabiliyyətləri vardı, toxumağı, tikiş tikməyi, xörək hazırlamağı yaxşı bacarırdılar. Bu işləri yeniyetmə qızlara nənələri, anaları, böyük bacıları öyrədirdilər. Ailələrdə qızların məktəbə getmələrinə, oxumalarına razılıq vermirdilər. Onlar küçəyə çarşabla çıxırdılar.

Araşdırıcılar İçərişəhərdə XIX-XX əsrin əvvəllərində çoxuşaqlı, ötən əsrin sonrakı dövrlərində isə azuşaqlı ailələrin üstünlük təşkil etdiyini bildirirlər. Burada qohum evliliklərə çox rast gəlinirdi. Doğulan körpələrə qohumunun adını verənlər də az deyildi.


İçərişəhərdə toy adətləri...


Azərbaycanın əksər yerləri kimi, burada da, necə deyərlər, "qız evi naz evi” hesab edilirdi. Bir neçə dəfə elçiləri qapıya gətirdikdən sonra, içərişəhərlilərin deyimi ilə "qızın hərisi verilirdi”. Həridə oğlan tərəfi üzük, yaylıq gətirirdi. Şirinçay verilirdi. Adətə uyğun olaraq, sonra "nişan” olurdu. Daha sonra keçirilən "böyük nişan” isə həm də qız toyu idi. Böyük nişanda oğlan evi gəlin üçün paltarlıq parçalar, ipək köynəklər, qızıldan hazırlanmış zinət əşyaları gətirirdilər.

İçərişəhərdə "göbəkkəsdi” adəti də vardı. Bu adət də daha çox qohum evliliklərinə rəvac verirdi. Dayıoğlu, bibiqızı və digər qohumların evlənməsi geniş yayılmışdı. Tarix elmləri doktoru N.Quliyeva içərişəhərlilər arasında qarışıq nigahların da geniş yayıldığını yazır: "İçərişəhərlilərin xarakterik cəhətlərindən biri də özlərinə və ailələrinə diqqətli olmalarıdır. Geyimlərinə diqqət yetirirlər. Əsasən açıq rəngli və sadə geyimləri, sakit həyat tərzini çox sevirlər. ...Kənd əhalisinə nisbətən şəhər əhalisi daha çox qənaətcil olur. Buna görə də Bakı kəndlərində məcazi mənada içərişəhərlilərə "pişiyin gözünü bağlayıb, çörək yeyənlər” deyirdilər”.

İçərişəhərdə "qoşulub qaçma”ya az təsadüf edilərdi. Ailəsi qaçırılan qızın övladı olandan sonra barışıq olardı. Burada boşanma müstəsna hallarda baş verərdi. Adətən "qismətim belə imiş” deyib dözər, ailədaxili problemləri, narazılıqları evdən kənara çıxarmazdılar.

İçərişəhərli qadınlar hamama gedəndə də ən gözəl paltarlarını geyinər, bəzək əşyalarını taxardılar. Bir çox məsələlər belə yerlərdə danışılar, evlilik yaşına çatmış oğlanlara anaları, bacıları, xalaları, bibiləri qız seçərdilər.

Novruz bayramına xüsusi hazırlıq görərdilər. Qadınlar qoğal, paxlava, şəkərbura bişirərdilər. İçərişəhərlilər baharı səməni ilə qarşılayırdılar...

Bu gün bir çox adət-ənənələr unudulsa da, onların izləri xalqın yaddaşından tamamilə silinməyib. XXI əsrin İçərişəhəri də çox dəyişib. Tarixiliyini nə qədər qorusa da, müasirliyin nəfəsi ona da toxunub. İçərişəhərin bugünkü sakinlərini ötən əsrlərdə burada yaşamış olan içərişəhərlilərdən yalnız zaman ayırmır. Geyim-kecimləri, dünyagörüşləri, həyata baxışları da dəyişib. Ancaq insanları keçmişinə, soy-kökünə bağlayan özünəxas olan xüsusiyyətləri, adət-ənənələridir. İçərişəhərlilər də bu bağlılığı qoruyub-saxlayırlar.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM