05 Oktyabr 2019 01:32
1233
Mədəniyyət
A- A+

Azərbaycanda Stalin repressiyaları


Azərbaycan tarixində ən böyük faciələrdən biri 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiyalar olmuşdur.

İnsanların "əksinqilabçı”, "trotskiçi”, "casus”, "millətçi”, "üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edilməsi Stalinin, Beriyanın və onların əlaltılarının bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. Repressiya illərində SSRİ-də ümumilikdə 1.575.259 adam həbs edilmişdir. Onlardan 173.382 nəfəri guya "əksinqilabi” iş apardığına görə cəzaya məruz qalmışdır, 1.344.923 nəfər məhkum edilmiş, 681.692 nəfər isə güllələnmişdir.

Repressiya illərində Azərbaycan ərazisində 100 mindən çox ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və uzaq adalara sürgünə göndərilmişdir. Bu bir faktdır ki, əhalinin hər 1000 nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə durmuşdur. Əgər 1920-ci illərdə birmənalı olaraq "əksinqilabçı” adı ilə cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası daha ağır olmuşdur. Bu mərhələdə insanlar "xalq düşməni”, "pantürkist”, "panislamist”, "sui-qəsdçi” adları altında məhv edilmişdir.

Azərbaycanda ümumilikdə 1930-1940-cı və 1950-ci illərin əvvəllərində 80 mindən çox adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilmişdir. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb, onlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video