Alternative content

09:52 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Brexiti dalandan çıxarmaq üçün son cəhd
Brexiti dalandan çıxarmaq üçün son cəhd
ANA SƏHİFƏ / DÜNYA
01:30 05.10.2019


Aİ Consonun yeni planına ehtiyatla yanaşır


Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması (Brexit) prosesi hələ də acı bağırsaq kimi uzanır. Birləşmiş Krallıq Aİ-ni bu il martın 29-da tərk etməli idi. Lakin Britaniya parlamentinin aşağı palatası - İcmalar Palatası Brexit şərtləri haqqında Brüssellə Baş Nazir Tereza Mey hökuməti arasında əldə olunmuş sazişin layihəsini üç dəfə rədd etmişdir.

Bu səbəbdən Aİ Brexiti əvvəlcə aprel və ya may ayına, sonra isə oktyabrın 31-nə keçirməyə razılıq vermiş, Mey isə vəziyyəti dalandan çıxara bilmədiyinə görə istefa vermək məcburiyyətində qalmışdır. Yeni Baş Nazir Boris Conson hakimiyyətə gələn kimi bəyan etmişdir ki, Brüsseldən Brexiti yenidən təxirə salmaq xahişi ilə müraciət etməyəcək və Birləşmiş Krallıq oktyabrın 31-də Aİ-dən sazişli, yaxud da sazişsiz çıxacaq.

Bir neçə gün əvvəl Conson Avropa Komissiyasının sədri Jan-Klod Yunkerə Brexitin yeni şərtləri haqqında plan təqdim etmişdir. Baş Nazirin sənədə əlavə məktubunda qeyd edilmişdir ki, məsələni Aİ-nin cari ayın 17-18-də keçiriləcək növbəti sammitinədək həll etmək lazımdır: "Məsələnin həllinə nail ola bilməsək, bu, siyasi uğursuzluq olacaq və ona görə bütün tərəflər məsuliyyət daşıyacaq”.

Consonun planı Backstop rejiminə - Aİ ilə sabiq baş nazir Tereza Mey arasında razılaşdırılmış sazişin tərkib hissəsinə alternativdir. Bu rejim ondan ibarətdir ki, Brexitin keçid dövrü başa çatdıqdan sonra Şimali İrlandiya uzun müddət - London və Brüssel İrlandiya adasında sərhədin şəffaflığını etibarlı şəkildə təmin etmək barədə razılığa gələnədək Aİ-nin vahid bazarı və gömrük ittifaqının tərkib hissəsi olaraq qalacaq. Consonun yeni təklifinə görə, Şimali İrlandiya keçid dövrü başa çatdıqdan sonra gömrük ittifaqını tərk edəcək, adanın bütün ərazisinə isə xüsusi gömrük rejimi tətbiq olunacaq. Başqa sözlə, gələn il yanvarın 1-dən etibarən Şimali İrlandiya Aİ-nin gömrük ittifaqının yox, Birləşmiş Krallığın gömrük ərazisinin tərkib hissəsi olacaq. Conson məktubunda vurğulamışdır ki, Böyük Britaniyanın bütün ərazisi keçid dövründən sonra Aİ-nin gömrük ittifaqını tərk etməlidir.

Britaniyanın yeni planı İrland dənizində müvəqqəti sərhədin və Aİ-dən çıxan Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında gömrük yoxlamalarının Brexitin keçid dövrü qurtardıqdan sonra dörd il müddətinə mövcud olmasına imkan verir. Şimali İrlandiya Aİ-nin vahid bazarında qalacaq, amma 2025-ci ildə onun parlamenti Aİ-nin qaydalarına riayət edəcəyinə, yaxud da Britaniya normalarına keçməyə qərar verəcək.

Böyük Britaniya Baş Nazirinin yeni planı Aİ dairələrində birmənalı qarşılanmır. Aİ-nin Brexit üzrə danışıqlarda nümayəndə heyətinin başçısı Mişel Barnye hesab edir ki, Consonun son təklifləri danışıqlarda əhəmiyyətli irəliləyiş nümayiş etdirir, amma hələ çox iş görmək lazım gələcək. Onun fikrincə, sazişə nail olmaq üçün üç vəzifəni yerinə yetirmək lazımdır: "Sərhədin şəffaflığını təmin etmək, İrlandiyanın bütün ərazisində ümumi iqtisadi məkanı qoruyub saxlamaq və vahid bazarı müdafiə etmək”.

Barnye qeyd etmişdir ki, Aİ heç vaxt sazişsiz Brexitin xeyrinə seçim etməyəcək. O, əlavə etmişdir ki, Brüssel Britaniya tərəfi ilə saziş üzərində işi davam etdirəcək.

Digər tərəfdən, Avropa Komissiyasının sədri Jan-Klod Yunker qeyd etmişdir ki, Consonun yeni təklifində problemli məqamlar var. Söhbət ilk növbədə gömrük normalarından gedir. Yunkerin fikrincə, Aİ Backstop rejiminin bütün məqsədlərinə cavab verən hüquqi qərar əldə etməli, sərt sərhədin qarşısı alınmalı, Şimal-Cənub əməkdaşlığı və bütün ada iqtisadiyyatı qorunub saxlanmalı, həmçinin Aİ-nin vahid bazarı və İrlandiya Respublikasının burada yeri müdafiə olunmalıdır.

Britaniya mətbuatı Consonun yeni planının reallaşacağına şübhə ilə yanaşır. Yerli siyasi müşahidəçilərin fikrincə, plan Aİ və ilk növbədə Şimali İrlandiya üçün çətin ki, məqbul sayılsın. Onlar hesab edirlər ki, Consonun planı Aİ-nin vahid bazarının bütövlüyünə təhdid kimi qiymətləndirilə bilər, çünki Şimali İrlandiya vahid bazarda azı 2025-ci ilə qədər qalacaq, özü də Aİ-nin gömrük ittifaqını tərk etməklə. Digər tərəfdən, İrlandiya ərazisində gömrük yoxlamalarının həyata keçirilməsi Dublində Şimali İrlandiya münaqişəsinin tənzimlənməsinə dair 1998-ci il tarixli Belfast sazişindən geri çəkilmək kimi qiymətləndirilə bilər.

Öz növbəsində Aİ-nin üzvü olan ölkələrin siyasi dairələri Londonla yeni Brexit sazişinə nail olmağı çətin sayır və bu səbəbdən iki tərəf arasında danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşır. Aİ-nin narahatlığı üç əsas problemlə əlaqədardır. Birinci problem gömrük sazişi və zəruri nəzarət vasitələrinin təmin edilməsidir. Aİ hesab edir ki, belə vasitələr yoxdur. Şimali İrlandiya parlamentinin oynaya biləcəyi rol da narahatlıq doğurur, çünki Britaniya hökuməti istəyir ki, bu parlamentə dörd ildən bir seçim imkanı verilsin. Ən böyük narahatlıq isə Böyük Britaniya ilə Aİ arasında gələcək ticarət sazişi ilə bağlıdır.

Bütün bunlarla yanaşı, Böyük Britaniya hökumətinin başçısı ölkəsinin oktyabrın 31-də Aİ-dən çıxmasında israr edir. Conson hesab edir ki, onun ölkəsi yeni plan təqdim etməklə kompromisə gedir və Aİ də kompromisə hazır olmalıdır, əks-təqdirdə "boşanma” sazişsiz reallaşacaq. Doğrudur, hər iki tərəf Brexitin sazişlə başa çatmasını istəyir, amma hər ikisi A və B planlarını da hazırlamışdır. Narahatlıq doğuran odur ki, Aİ-nin növbəti sazişinin başlamasına iki həftədən az vaxt qalır. Tərəflərin belə bir qısa zaman kəsiyində ciddi fikir ayrılıqlarını aradan qaldıra biləcəyinə bədbin yanaşanlar çoxdur.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM