Alternative content

11:37 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səməd Seyidov: Azərbaycan Prezidentinin bəyanatı işğalçı Ermənistan rəhbərliyinə yerində verilmiş tutarlı cavabdır
Səməd Seyidov: Azərbaycan Prezidentinin bəyanatı işğalçı Ermənistan rəhbərliyinə yerində verilmiş tutarlı cavabdır
ANA SƏHİFƏ / SİYASƏT
23:27 04.10.2019


Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida” bəyanatı Avropa Şurası Parlament Assambleyasının iclasında iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən böyük coşqu ilə qarşılandı. Dövlətimizin başçısının cəsarətli çıxışı həm Avropa Şurası rəsmilərinin, həm də Şuraya üzv ölkələrin nümayəndələrinin marağına səbəb oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov deyib ki, Azərbaycan Prezidentinin Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına cavab olaraq onu yalan adlandırması və Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olduğunu vurğulaması cəsarətli, beynəlxalq hüququn normalarına əsaslanan çıxış idi. Milli maraqlara əsaslanan bu bəyanat işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı cavab idi. "Qarabağ Azərbaycandır və nida” cavabı qarşı tərəfi kəsərli qılınc kimi kəsərək onların məkrli niyyət və planlarını puç etdi. Prezidentin bu məntiqli bəyanatı bütün dünyaya bir mesajdır.

Milli Məclisin komitə sədri vurğulayıb ki, işğalçı Ermənistan və onun nümayəndələrinin məkrli planları heç bir nəticə verməyib və verməyəcək də. Paşinyan populist açıqlamaları ilə özünü yalnız dünya birliyinin gözündən salır. O, heç zaman dediklərinin arxasında durmayıb və bundan sonra da çətin ki, bunu bacara bilsin.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM