Alternative content

11:31 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qarabağ” klubunun futbolçuları Lüksemburq zəfərindən sonra Vətənə qayıdıblar
“Qarabağ” klubunun futbolçuları Lüksemburq zəfərindən sonra Vətənə qayıdıblar
ANA SƏHİFƏ / İDMAN
23:20 04.10.2019

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqun "Düdelanj” komandasının səfərdə 4:1 hesabı ilə məğlub edən "Qarabağ” klubunun futbolçuları oktyabrın 4-də Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan futbolunun tarixinə daha bir şərəfli səhifə yazan Ağdam təmsilçilərini Heydər Əliyev Beynəlxalq Aeroportunda futbolçuların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri, klubun azarkeşləri böyük coşqu ilə qarşılayıblar.

Səfərdə qazanılan qələbə barədə təəssüratlarını bölüşən baş məşqçi Qurban Qurbanov oyun zamanı yaşanan insidentlə bağlı deyib: "Belə hal bir dəfə də baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Belə vəziyyətlərdə insanlıq nümayiş etdirməyə çalışıram. Vacib qələbə qazandığımız üçün çox sevinirik. Komandaya və azarkeşlərə təşəkkürümü bildirirəm”.

"Qarabağ” klubunun futbolçusu Maksim Medvedev baş verən erməni təxribatı ilə bağlı danışaraq bildirib: "Təbii ki, futbolda belə çirkin hadisələrin baş verməsini istəməzdik. Oyuna çox yaxşı ab-hava ilə çıxmışdıq. Belə hadisələr istər-istəməz komandanın əhval-ruhiyyəsinə təsir edir. Buna baxmayaraq, özümüzü ələ almağı bacardıq və hadisədən sonra iki dəfə də fərqləndik. Düşünürəm ki, oyundakı nəticə ilə belə təxribatlara layiqli cavabımızı verdik”.

Xatırladaq ki, ermənilər "Düdelanj” – "Qarabağ” oyununda təxribat törədiblər. Belə ki, matçın 30-cu dəqiqəsində ağdamlıların rəqib qapısına vurduğu ikinci qoldan sonra üzərində qondarma "Dağlıq Qarabağ respublikası”nın bayrağı asılan dron stadionun üzərində hərəkət etdirilib. Bundan sonra Ağdam təmsilçisinin üzvləri meydanı tərk ediblər.

İnsidentlə əlaqədar Lüksemburqun İdman naziri Dan Kerş soyunub-geyinmə otağına gələrək futbolçularımızdan üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını və təxribatçıların müəyyənləşdirilərək cəzalandırılacağını deyib. O, üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun qaldığı yerdən davam etdirilib.

Bu qələbədən sonra 3 xal qazanan "Qarabağ” A qrupunda ikinci yerə yüksəlib. "Düdelanj” eyni xalla reqlamentə əsasən üçüncü pillədə qərarlaşıb. Qrupa aktivində 6 xalı olan İspaniyanın "Sevilya” klubu başçılıq edir. Keçirdiyi iki görüşdə məğlub olan Kiprin APOEL komandası isə sonuncu sıradadır.

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunları oktyabrın 24-də keçiriləcək. "Qarabağ” klubu öz meydanında APOEL-i, "Sevilya” isə "Düdelanj”ı qəbul edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM