Alternative content

17:51 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
16:52 10.12.2019 Tarixin ən isti onilliyi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” kitabı təqdim olunub
“Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” kitabı təqdim olunub
ANA SƏHİFƏ / Elm və texnika
16:58 04.10.2019
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” layihəsi çərçivəsində hazırlanmış eyniadlı kitabın təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, müəlliflər kollektivi tərəfindən hazırlanan kitabda Azərbaycan xalqının siyasi və mənəvi birliyinin, milli dövlətçiliyin əsasını təşkil edən azərbaycançılıq ideologiyasının tarixi, mənəvi-mədəni kökləri araşdırılır, əsas təkamül mərhələləri nəzərdən keçirilir.

Kitabda ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının nəzəri və əməli inkişafında rolu və xidmətləri, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində azərbaycançılığın inkişafı və digər məsələlər öz əksini tapıb. Həmçinin müasir dövrdə Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətinin əsas istiqamətləri və nəticələri, azərbaycançılıq ideologiyasının və multikultural dəyərlərin dünyada təbliğində Heydər Əliyev Fondunun fəaliyyəti geniş işıqlandırılır.

Kitab milli dövlətçilik məfkurəsinin tarixi və nəzəriyyəsi sahəsində tədqiqat aparan mütəxəssislər, eləcə də bu məsələlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın həqiqi üzvü, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru tarix elmləri doktoru, professor Musa Qasımlı, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə və başqaları çıxış ediblər.

Xatırladaq ki, "Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” layihəsinin rəhbəri AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM