Alternative content

04:56 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ceyhun Bayramov: Müəllimlik peşəsinin yenidən rəqabətli bir peşəyə çevrilməsinin şahidiyik
Ceyhun Bayramov: Müəllimlik peşəsinin yenidən rəqabətli bir peşəyə çevrilməsinin şahidiyik
ANA SƏHİFƏ / Təhsil
16:55 04.10.2019

Azərbaycan müəlliminin cəmiyyətdə, təhsildə rolu əvəzolunmazdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da müəllim amilinin, nüfuzunun cəmiyyətdə artırılması ən vacib istiqamət kimi qeyd edilib. Strategiya qəbul edildiyi vaxtdan, yəni 2013-cu ildən etibarən bu sahədə sistemli, davamlı tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə qalibləri ilə keçirilən görüş zamanı jurnalistlərə müsahibəsində Təhsil naziri Ceyhun Bayramov deyib. O qeyd edib ki, diaqnostik qiymətləndirmənin - 2015-ci ildən başlayaraq mərhələlərlə əməkhaqqının artırılması bu işdə mühüm rol oynayıb: "Bunun sistemli, davamlı xarakter daşıması, 2019-cu ilin iyun ayında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən növbəti dəfə müəllimlərin əməkhaqqının 20 faiz artırılması və bir sıra digər təşəbbüslər nəticəsində müəllimlik peşəsinin yenidən rəqabətli bir peşəyə çevrilməsinin şahidiyik. Bu il yay aylarında mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarına elektron formada müraciət edən insanların sayının 55 minə çatması və bir neçə il ərzində bu göstəricinin dəfələrlə artması da sevindirici haldır”.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, qəbul imtahanları nəticələrinin təhlilinə görə, 500 baldan yüksək nəticə göstərən hər 4 məktəb məzunundan biri ixtisas seçimində prioritet istiqamət olaraq birinci müəllimliyi seçib. "Biz müəllimlik peşəsinə marağı regionlarda gənc müəllimlərlə görüşlərimizdə də görürük. Belə ki, məktəblərə yüksək nəticələrə malik intellektual gənclərimiz üz tuturlar. Bu baxımdan Azərbaycan təhsilinin, cəmiyyətinin inkişafı ilə bağlı gələcəyə çox nikbin baxırıq”, - deyə nazir qeyd edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM