04 Oktyabr 2019 16:48
520
İQTİSADİYYAT
A- A+

“Qarabağ” yatağının işlənməsi üçün platformanın tikintisi yekunlaşır


"Qarabağ” yatağının işlənməsi üçün platformanın tikintisi sona çatır.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 4-də şirkətin prezidenti Rövnəq Abdullayev Norveçin "Equinor” şirkətinin baş vitse-prezidenti xanım Karri Lokhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə "Qarabağ” yatağının işlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə edilib. Tərəflər layihənin düzgün istiqamətdə inkişaf etdiyini vurğulayıb, yüksək səmərə verəcəyinə və Azərbaycanın iqtisadi inkişafına əlavə dəyər qatacağına əminliklərini ifadə ediblər. "Qarabağ” yatağında istifadəsi nəzərdə tutulmuş qurğu və platformada yekun işlərin görüldüyü, bu yaxınlarda istismara veriləcəyi bildirilib.

Görüşdə, həmçinin "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi”, "Dan Ulduzu”, "Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi” ilə bağlı fikir mübadiləsi aparılıb, SOCAR-ın rəhbərliyi müxtəlif layihələrdə "Equinor” şirkəti ilə əməkdaşlığın perspektivli olduğunu bildirib. Tərəflər gələcəkdə də əməkdaşlığın davam etdirilməsi imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, SOCAR və "Equinor” (əvvəlki "Statoil”) 1992-ci ildən bir sıra mühüm layihələrdə, o cümlədən "Azəri”, "Çıraq” və "Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənməsi layihəsində əməkdaşlıq edir. AÇG layihəsində SOCAR 25 faiz, "Equinor-Azərbaycan” şirkəti isə 7,27 faiz paya malikdir. Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində "Equinor-Azərbaycan” 8,71 faiz, SOCAR-ın törəmə şirkəti olan "AzBTC” isə 25 faizlik pay sahibidir. 2018-ci ildə SOCAR ilə "Equinor” qrupunun bir hissəsi olan "Equinor-Azərbaycan” şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti sazişi” və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi”, Dan Ulduzu”, "Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş” imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video