Alternative content

14:43 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda siyasi qalmaqal: parlament Konstitusiya Məhkəməsi sədrinin istefasına səs verdi
Ermənistanda siyasi qalmaqal: parlament Konstitusiya Məhkəməsi sədrinin istefasına səs verdi
ANA SƏHİFƏ / DÜNYA
14:27 04.10.2019

Ermənistanda növbəti siyasi qalmaqal baş verib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, parlamentdə baş nazir Nikol Paşinyanın tərəfdarlarından ibarət "Mənim addımım” blokunun təşəbbüsü ilə iqtidarın mübahisəli və qanunsuz qərarlarına etiraz edən Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın istefası gündəliyə çıxarılıb. Ermənistan parlamentinin 98 deputatının lehinə səs verdiyi bu təşəbbüs təsdiq edilib və müvafiq qərar baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib. Onun səlahiyyətlərinə xitam verilməsi üçün məhkəmənin 9 üzvündən 6-nın parlamentin qərarını təsdiq etməsi tələb olunur.

Ölkənin Ədliyyə naziri Rustam Badasyan bildirib ki, Konstitusiya Məhkəməsinin sədri bir sıra ciddi səhvlərə yol verib. Qrayr Tovmasyan isə, jurnalistlər müsahibəsində bildirib ki, Konstitusiya Məhkəməsinin ətrafında cərəyan edən proseslər siyasi xarakter daşıyır. Onun sözlərinə görə, bu təqiblərin məqsədi Konstitusiya Məhkəməsini neytrallaşdırmaq yolu ilə qəbul ediləcək qanunsuz siyasi qərarların önünü açmaqdır.

İclasda çıxış edən Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan da Konstitusiya Məhkəməsinin sədrinin öncəki hakimiyyətin əsas müdafiəçilərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, sabiq prezidentlərin komandaları ölkəni talan ediblər və Qrayr Tovmasyan kimi hüquqşünaslar vasitəsilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM