Alternative content

05:03 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş keçirilib
Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş keçirilib
ANA SƏHİFƏ / Təhsil
14:24 04.10.2019

Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Gənclər Fondu tərəfindən keçirilmiş müsabiqənin qalibləri ilə oktyabrın 4-də Bakı Konqres Mərkəzində görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə müsabiqənin qalibi olan gənclər, onların valideynləri, dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Təhsil naziri Ceyhun Bayramov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev çıxış edərək gəncləri təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıblar. Çıxışlarda vurğulanıb ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması, savadlı, dövlətə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, gənclərə dövlət qayğısı, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əsas istiqamətlərindəndir. Dövlətimizin başçısının təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq, son illər gənclər üçün hərtərəfli imkan yaradılır. Xüsusilə sosial həssas kateqoriyalara aid, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin dəstəklənməsi və digər addımlar bu qəbildəndir.

Müsabiqənin qalibləri çıxışlarında gənclərə dövlət qayğısının artırılması ilə bağlı Prezident İlham Əliyevin növbəti təşəbbüsü olan hazırkı maliyyələşmə mexanizminin əhəmiyyətindən, xüsusilə sosial həssas kateqoriyalardan olan gənclər üçün təhsilin əlçatanlığının artırılmasına diqqət və qayğısından danışıblar. Gənclər təhsilin inkişafına, onlara göstərilən hərtərəfli dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Çıxışlardan sonra tədbirdə qalib gənclərin uğur hekayələrindən bəhs edən videoçarxlar nümayiş olunub. Daha sonra müsabiqənin qalibləri ilə təhsil xərclərinin ödənilməsinə dair müqavilələr imzalanıb.

Xatırladaq ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə 2018-ci ildə keçirilmiş müsabiqə nəticəsində 237, builki müsabiqə nəticəsində isə 425 gəncin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi qərara alınıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM