Alternative content

14:46 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Quruculuq işləri davam edir
Quruculuq işləri davam edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:51 04.10.2019


Sənaye potensialı yüksək olan Mingəçevir uğurlarını artırır


Bozdağın qoynunda salınmış, yurdsevər insanların əqli, zəkası, zəhməti ilə tikilib-qurulmuş Mingəçevir bu gün daha gözəl, daha füsunkardır. Bu payız günlərində şəhər zümrüd libası, al-əlvan çiçəkləri, yaraşıqlı park və xiyabanları, abad küçə və prospektləri, nümunəvi yaşayış məhəllələri ilə göz oxşayır, könül rahatlığı yaradır. Mingəçevirin tikilib-qurulması, müasir bir sənaye şəhərinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Prezident İlham Əliyevin davamlı qayğısı sayəsində indi Mingəçevir yeni intibah dövrünü yaşayır. Şəhərdə yeni sosial infrastruktur layihələri uğurla reallaşdırılır.

Abadlıq-quruculuq işləri inamla davam etdirilir. Mütərəqqi texnologiyalar əsasında qurulan yeni istehsal və emal müəssisələri hesabına şəhərin sənaye potensialı aydan-aya daha da güclənir. Yeni ünvan tapmış sənaye parkının fəaliyyəti bu baxımdan xüsusi diqqət çəkir. Burada istehsal olunan pambıq ipliyinin təxminən 80 faizi ixrac edilir. Sənaye parkı şəhər sakinlərinin ürəyincə olan layihədir. Hələlik burada 680 nəfər çalışır. Sənaye parkı tam istehsal gücü ilə işləyəndə, nəzərdə tutulan 8 fabrik fəaliyyətə başlayanda burada çalışanların sayı 5 min nəfərdən çox olacaq.

Şəhərdə tikinti işləri yüksək əhvali-ruhiyyə ilə davam etdirilir. Hər kəs çalışır ki, yaşadığı şəhərin gözəlliyinə öz töhfəsini versin. "Dostluq” parkında əsaslı yenidənqurma işləri yüksək zövqlə aparılır. "20 Yanvar” abidəsi şəhidlərimizin əziz ruhuna ehtiram əlaməti olaraq yenidən qurulmuşdur. N.Nərimanov və Naxçıvan küçələrində binaların fasadları təmir olunmuş, giriş qapıları quraşdırılmışdır. Azərbaycan İstilik Elektrik Stansiyası massivindəki Cəmil Əliyev və Naxçıvan küçələrindəki, Sahil yaşayış massivindəki Vaqif Abdullayev küçəsindəki çoxmərtəbəli binaların dam örtükləri təmir olunmuşdur. Sol sahil massivində şəhərin ən böyük yaşayış sahəsi olan 127-ci məhəllədə bərpa işləri aparılmışdır.

Şəhər rəhbərliyinin təşəbbüsü ilə başlanan "Nümunəvi məhəllə” layihəsi uğurla davam etdirilir. Artıq müxtəlif yaşayış massivlərində 17 nümunəvi məhəllə yaradılmışdır. Məhəllələrin sakinləri göstərilən qayğıdan, yaradılan şəraitdən çox məmnundurlar. N.Nərimanov küçəsindəki 36 saylı binanın sakini Şahid Nəbiyev bu barədə dedi:

- İndi bizim məhəllə də nümunəvi məhəllələr sırasındadır. Burada xeyli iş görülüb. Həyətə asfalt döşənib, səkilər düzəldilib, binanın girişlərinə qapılar quraşdırılıb, ətrafda yaşıllıq salınıb, uşaq əyləncə mərkəzi yaradılıb. Bütün bunlar hər birimizdə hədsiz razılıq doğurur. Qayğı və diqqətə görə məhəllə sakinləri adından respublika Prezidenti İlham Əliyevə teleqram vurub minnətdarlığımı bildirdim. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılova təkcə səyyar qəbullarda deyil, digər yerlərdə görüşlərdə də sözümüzü deyib, istədiyimiz köməyi alırıq. Ona tez-tez ictimai yerlərdə rast gəlirik.

Şəhərin enerji istehsalı müəssisələrində də modernləşmə və əsaslı yenidənqurma işləri davam etdirilir. Azərbaycan İstilik Elektrik Stansiyasında cari ilin birinci yarısında 3.9 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Stansiyada idarəetmə mərkəzi ilə birlikdə yeni inzibati bina inşa olunmuşdur. Yeni kompressor stansiyası, 330 kilovotluq qapalı yarımstansiya, azot və oksigen sexləri tikilir. "SES silsiləsi” MMC-də 2 ədəd hidroaqreqat və onlara aid köməkçi avadanlıqlar, 2 ədəd güc transformatoru cari təmir olunmuşdur.

Şəhərin sənaye potensialı ildən-ilə güclənir. "Azneftmas” və "Mingəçevir maşınqayırma zavodu” ASC-lər, "Mingəçevir Tekstil”, "Htech invest” və "ASK izolit” MMC-lər ahəngdar fəaliyyətləri ilə şəhər iqtisadiyyatına sanballı töhfələr verirlər.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma dədə-baba torpaqlarından didərgin salınmış 20243 nəfər məcburi köçkün Mingəçevirdə məskunlaşmışdır. Şəhər rəhbərliyi onlara doğma və isti münasibət göstərir, sosial-məişət problemlərinin həllində köməyini əsirgəmir.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM