Alternative content

14:45 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclərin sevimli ünvanı
Gənclərin sevimli ünvanı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:49 04.10.2019


Qusarda həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyası genişlənməkdədir. Asfalt küçələr, yaşıllıq zolaqları, yeni istirahət parklarının yaradılması, binaların fasadının yenilənməsi və digər işlər rayonun simasını xeyli dəyişdirib. Ölkəmizin şimal qapısı sayılan Qusarda yerli memarlıq üslubu baxımından fərqlənən rayon icra hakimiyyətinin inzibati binası, Heydər Əliyev Mərkəzi və sosial obyektlər yaraşığı ilə diqqət çəkir.

Rayonda Heydər Əliyev Mərkəzi Prezident İlham Əliyevin xeyir-duası ilə 2012-ci ildə fəaliyyətə başlayıb. 2 hektar sahədə Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunub. Heydər Əliyev Xatirə Kompleksi ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Burada insanların ilin bütün fəsillərində istirahəti üçün hər bir şərait yaradılıb.

Heydər Əliyev Mərkəzi ikimərtəbəli, ümumi sahəsi 1420 kvadratmetrdir. Mərkəzdə 118 sayda foto və sənədlərdən ibarət eksponatlar Ümummilli Liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.

Birinci mərtəbədə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri, ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən Qusara səfərlərini, rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yer alıb.

Mərkəzə gələnlər fotolara xüsusi maraq göstərirlər. Foto və sənədlərdən ibarət eksponatlar xatirələri canlandırır. Vaxtilə Heydər Əliyevlə görüşmüş insanlar şəkillər qarşısında saatlarla dayanır, xəyalən həmin günlərə qayıdırlar. 8 foto-eksponat stendi Ulu Öndərin zəngin irsinin müxtəlif məqamlarını özündə əks etdirir.

Mərkəzdə 8 lövhə var. Həmin tablolarda Ümummilli Liderin siyasi fəaliyyəti, sadə insanlarla görüşləri, çıxışları, Qusara etdiyi səfərləri yer alıb. Monitorda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmlər nümayiş olunur.

Mərkəzdə həmçinin 105 yerlik kinozal fəaliyyət göstərir. Rayon gərclərinin sevimli yeri olan bu zalda yerli həvəskarların çəkdikləri qısametrajlı filmlər nümayiş etdirilir, dövlət tədbirləri keçirilir, icra strukturlarının səyyar görüşləri təşkil olunur. Turistlərlə görüşlər, rayona gələn qonaqlarla bağlı çəkilişlər də burada geniş yer alıb.

Mərkəzdə fəaliyyət göstərən kitabxananın çox hissəsi elektronlaşdırılıb. Kompüterdən istifadə etməklə istənilən elektron kitabı oxumaq mümkündür. Burada internet-klub və kafe də fəaliyyət göstərir. İstirahət zamanı gənclər ora yığışır, fikir mübadiləsi çay və kofe süfrəsində davam etdirilir.

Azərbaycana işgüzar səfərə gələn xarici qonaqlar mərkəzdə olur, buradan xoş təəssüratla ayrılırlar. Latviya, Litva, Polşa, Rusiya, Belarus, Türkiyə və digər ölkələrdən gəlmiş nümayəndə heyətləri mərkəzi ziyarət etmişlər. Qonaqlar mərkəzin "Xatirə kitabı”na öz ürək sözlərini yazmışlar. Kitabı vərəqlədikcə insanların Heydər Əliyev irsinə marağının bir daha şahidi olursan. Mərkəzin kollektivi müxtəlif dillərdə filmlərin kataloqunu hazırlayıb. Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən kitablar sərgilənmək üçün xüsusi lövhələrdə yerləşdirilib. Heydər Əliyev ömrünün müxtəlif anlarını canlandıran filmlərin xarici dillərə tərcümə variantlarının çoxu qusarlı xarici dil müəllimləri tərəfindən icra edilib.

Mərkəzdə xalçaçılıq və rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Xalçaçılıq dərnəyində məktəbli qızlar şənbə və bazar günləri xovsuz milli xalça növü olan sumaxın toxunuşunun sirlərinə yiyələnirlər. Dərnəyin rəhbəri Natəvan Verdixanova bildirir ki, qızlar toxuculuğu həvəslə öyrənirlər. Hazırda dərnəkdə 8-12 şagird təlim keçir. Qızlarımızın əl işləri rayonda və regionda keçirilən tədbirlərdə sərgilənir və uğur qazanır.

Rəssamlıq dərnəyinin rəhbəri Kəmalə Daşdanovadır. Şagirdlər burada rəsm dərsləri alır, dərnəkdə dekorativ sənət nümunələrinin sirlərinə yiyələnirlər. Dərnək rəssamlarının əl işləri "Bölgələrdən-bölgələrə” festivalında xüsusi mükafata layiq görülüb. "Ölkəmizi tanıyaq” devizi altında müxtəlif bölgələrə səfər edən gənclər dərnəyin rəsmlərini özləri ilə apararaq nümayiş etdirmişlər.

Mərkəzdə qızlardan ibarət "Ləzginka” rəqs qrupu da fəaliyyət göstərir. Həftənin şənbə və bazar günləri məşğələlər keçirilir. Məşğələləri rəqs müəllimi Aysel Rüstəmova aparır. Qrupun 12 üzvü var.

Mərkəzin missiyasının biri də müxtəlif yerlərə turların təşkilidir. Belə ki, 31 Mart, 20 Yanvar, 9 Noyabr və digər tarixi günlərdə gənclərin Quba, Şamaxı, Bakı və başqa şəhərlərə səfərləri təşkil olunur.

Mərkəzin digər ziyarətçiləri yeni ailə quranlardır. Gənclər arasında belə bir ənənə yaşamaqdadır. Gənclər ailə həyatının başlanğıcı olan nikah mərasimini bu mərkəzdə keçirirlər.

Milyonlar üçün yaşanmış ömür talelərin çırağına çevrilir. Bu gün qusarlıların qəlbində əbədi yaşayan Heydər Əliyev dühası hələ neçə nəsillərin həyat yoluna işıq salacaq.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM