Alternative content

14:41 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şərur yallıları
Şərur yallıları
ANA SƏHİFƏ / Mədəniyyət
02:48 04.10.2019


Bu milli oyunun Naxçıvanda 100-dən çox növü olub


Elə ki hava qaraldı, gecənin bağrını dələn bir səs yüksəlir göyə - "Yallı”nın səsi. Onda nə hikmət, nə ululuq varsa adamı tez ofsunlayır, sehrinə salır. Nağaranın səsi dağlarda, daşlarda əks-səda verir. Hay-harayın kəndləri bürüdüyünün şahidi olursan, qollar çarpazlaşır, ayaqlar şimşəkdən sanki güc alır, musiqinin adamı yerindən oynadan xoş sədaları ətrafa yayılır. Oğuz elinin oğulları mağar boyu halay qurur, yallı tuturlar.

Yaşlı nənələr, sinəsi sazlı-sözlü babalar - müdriklik mücəssəməsi olanlar danışırlar ki, qədimlərdə də belə olub: Şərur elinin toyları təmtəraqlı keçib. Bütün məclislərdə elimizin gözəl rəqsi olan "Yallı”nı hamı şövq ilə oynayıb. Toy yallı ilə başlayıb, elə onunla da sona çatıb. Şərurda az adam tapılar ki, bütövlük, birlik simvolu olan, vətənpərvərlik, mübarizlik təlqin edən bu qədim rəqsi oynamağı bacarmasın. Elə "Yallı” Şərur elinin "milli emblem”idir” aforizmi də bu mənada yaranıb. Həm də ona görə ki, Şərur deyiləndə folklorumuzun bu qədim növü yada düşür.

Müasir dövrdə, mədəniyyətlərin qovuşağında, inteqrasiyasında yallılarımız da milli-mənəvi dəyərlərimiz kimi, sərhədlər aşıb heyrət yaradır. Şərurda fəaliyyət göstərən folklor ansamblları incəsənətimizin bu nadir növünü qoruyub saxlayaraq yaşadır, nəsildən-nəslə uğurla əmanətləyirlər.

Yallılar milli pasportumuz olan tarixi abidələrimiz qədər dəyərlidir. Səs-sorağı sərhədləri aşır Şərur yallısının. 1924-cü ildən fəaliyyətə başlayan "Yallı” folklor ansamblı böyük səhnəyə 1936-cı ildən çıxıb. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə doğurduğu rezonans isə o zaman dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin bu münasibətlə kollektivə göndərdiyi təbrik teleqramında da öz əksini tapıb.

Bu qədim el sənətini yaşadan kollektiv Azərbaycan tarixinin dirçəliş mərhələsinin başlanğıcından fenomenal şəxsiyyət olan Heydər Əliyevin diqqət və qayğısı sayəsində hələ sovetlər dönəmində ümumittifaq miqyaslı tədbirlərin fəal iştirakçısına çevrilib.

Yallılarımız Azərbaycanın milli mədəniyyətinin, folklorunun gözəl incisidir. Yallılar Azərbaycanın bir çox bölgələrində yayılıb və inkişaf edib. Amma yallının çox növü Şərurda daha geniş yayılıb: "Şərur yallısının çox böyük tarixi var. Bir əsrə bərabər yaşı olan bu rəqs növü günümüzədək qorunub saxlanılıb. Məqsədimiz yallılarımızı gələcək nəsillərə təqdim etməkdən ibarətdir. "Şərur” yallı ansamblı əvvəllər kiçik qrup şəklində olub. Sonradan dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin SSRİ Ali Sovetinə bu rayondan deputatlığa namizədliyi irəli sürülüb. Onun seçiciləri ilə göruşə gəlməsi zamanı konsert proqramı təşkil olunub. Orada yallı da oynanılıb. Bu qədim rəqs növü bəstəkarın xoşuna gəlib. Deyib ki: "Azərbaycanda da yallılar var. Amma yallı Şərurda doğulub. Yallının məkanı Şərurdur”.

Belə gözəl fikirlər müəyyən zamanlarda Ulu Öndər Heydər Əliyev tərəfindən də deyilib. Bakıda keçirilən tədbirlərdə iştirak edəndə, Ulu Öndərin bizim kollektivə yaxınlaşıb söylədikləri xatirimdədir: "Şərur” yallısı bizim dünənimiz, bugünümüz və gələcəyimizdir. Şərur yallılarını qoruyub saxlamalıyıq”.

"Şərur” yallı ansamblı nəinki Azərbaycanda, ondan kənarda, dünyanın bir çox ölkələrində keçirilən folklor festivallarına qatılıb. Keçmiş SSRİ dönəmində Almaniyada, Macarıstanda, Polşada olan ansambl 2000-ci ildə Misir Ərəb Respublikasında keçirilən folklor festivallarında iştirak edib. Kollektiv orada yüksək çıxışına görə "Qızıl açar” mükafatına layiq görülüb. Mədəni əlaqələr genişləndikdən sonra demək olar ki, kollektiv bir qayda olaraq, hər il Türkiyəyə dəvət olunur, folklor festivallarında iştirak edir.

Ansamblın üzvlərinin əksəriyyəti Azərbaycanın və Naxçıvanın fəxri adlarına layiq görülüb. Onların arasında Prezident mükafatçıları da var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur yallıları haqqında fikirlərini belə ifadə edib: "Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları”.

Mənbələrdə göstərilir ki, "Yallı” rəqs növünün tarixi çox qədimdir: yazılı mədəniyyətdən əvvəlki dövrlərə təsadüf edir. Oğuz ellərinin həyat tərzi, məişəti, dünyagörüşü "Kitabi-Dədə Qorqud” dastanının boylarında sözlə, fikirlə, yallılarda isə rəqslə, ritmlə, hərəkətlərlə ifadə olunur. Mütəxəssislərin fikrincə, bir vaxtlar Şərur bölgəsində yallının 100-dən çox növü olub: "Çolağı”, "Üç addım”, "Köçəri”, "Dönə Yallı”, "Qaz-qazı”, "El Yallısı”, "İki ayaq”, "Qaladan-qalaya”, "Şəranı” və s.

Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bugünə gəlib çıxıb. Şərur yallısının qorunması, yaşadılması və təbliğində "Şərur” yallı ansamblının mühüm rolu olub.

1972-ci ildə Almaniya Demokratik Respublikasında folklor festivalı keçiriləndə "Şərur” yallı ansamblını həmin tədbirə Xalq artisti Əminə Dilbazi hazırlaşdırır. Məşhur rəqqasə xatirələrində yazırdı: "Mən bilirdim ki, bizim yallı mədəniyyətimiz Naxçıvanda - Şərur torpağındadır. Biz ora - Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi”.

Həmin il ansambl SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif olunur. Kollektivə xalq yallı ansamblı statusu verilir. 1984-cü ildə Polşanın Zelyonnaya Qora şəhərində təşkil olunan beynəlxalq festivala qatılan ansamblın fəaliyyətini əks etdirən "Şərur yallısı” sənədli filmi çəkilir. Kollektivin bu uğurlarında Əminə Dilbazi, Əlibaba Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi Azərbaycanın tanınmış musiqi və rəqs ustalarının böyük xidmətləri olub. Müstəqillik dövründə ansambl daha böyük uğurlara imza atır. Kollektiv 1997-ci ildə Türkiyənin İsgəndərun, 1998-ci ildə Bayburt şəhərlərində keçirilən Dədə-Qorqud festivallarında uğurla çıxış edir. 2001-ci ildə Misirin paytaxtı Qahirədə XII Beynəlxalq Folklor Festivalında da yüksək sənət nümayiş etdirir. Bu gün Şərur rayonunda "Şərur qönçələri” "Uşaq yallısı”, "Gənclər yallısı” və "Nurani yallısı” fəaliyyət göstərir.

"Naxçıvan-Şərur el yallıları” kitabı da xalq musiqi və xoreoqrafiya incilərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli deyir ki, yallıların əksəriyyəti xalqın süzgəcindən süzülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır: "...Yallıların toplanıb nota salınması işini oğlum Kənan Məmmədli ilə özümüzə vəzifə borcu saydıq və bu yallıları toplayıb nota saldıq. 92 yallı növü topladıq. Azərbaycanın əməkdar mədəniyyət işçisi İsgəndər Əliyevlə, MR-in əməkdar artisti, tarzən Zöhrab Axundovun köməyi ilə yallıların toplanmasını həyata keçirdik. Yallıların əksəriyyət növü Şərur bölgəsində inkişaf edib. Gözəl musiqi və xoreoqrafiya abidəmiz olan yallıları toplayıb kitab halında gələcək nəslə ərmağan etdik. Belə qənaətə gəldik ki, harada yallı varsa, ora oğuz türklərinin torpağıdır”.

Unutmayaq ki, yallı xalqımızın birlik rəmzidir. Onu qoruyub saxlamaq isə hər kəsin müqəddəs borcudur.

Adilə SƏFƏROVA,

əməkdar mədəniyyət işçisi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM