04 Oktyabr 2019 02:47
827
Mədəniyyət
A- A+

Səhnənin yeni Məhsətisi


Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Pikə Axundovanın "Məhsəti” operasının premyerası olub.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbini üç ixtisas - fortepiano, bəstəkarlıq və nəzəriyyə sinifləri üzrə bitirən Pikə Axundova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) fortepiano və bəstəkarlıq üzrə ali təhsil alıb. BMA-nın Bəstəkarlıq kafedrasının müəllimi, iki simfoniya, fortepiano ilə orkestr üçün konsert kimi daha bir neçə irihəcmli musiqi əsərlərinin müəllifi Pikə Axundovanın dahi Məhəmməd Füzulinin "Su” qəsidəsinə bəstələdiyi oratoriya bu ilin mart ayında İstanbulun Camal Rəşid Rey salonunda Türkiyə Prezident Orkestrinin baş dirijoru Rəngim Gökmənin idarəsilə ifa olunub.

"Mədəniyyət” televiziya kanalının təşkilati dəstəyi ilə hazırlanan əsər "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Niyazi adına simfonik orkestrinin müşayiəti ilə səslənib. Librettonu Leyla Qədirzadə yazıb, "Məhsəti” onun operada ilk işi olsa da, indiyədək müzikl üçün librettolar da qələmə alıb. Leyla xanım qəhrəmanların ariyalarında da Məhsətinin rübailərindən istifadə edib. Tamaşaya "Məhsəti”miz - İnarə Babayeva quruluş verib. Baletmeyster Xalq artisti Təranə Muradova, geyim üzrə rəssam Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır.

Əsas partiyaları Opera və Balet Teatrının solistləri ifa ediblər. Titul partiyasını Əməkdar artist İnarə Babayeva, Əmir Əhmədin partiyasını Ramil Qasımov, Sultan Səncəri Taleh Yəhyayev, Xanəndə qızı Fərqanə Qasımova oxuyublar. Tamaşada gənclərə üstünlük verilib: Fəhmin Şahyar, Fəxri Kazım-Nicat, İlqar Məclumov da tamaşada çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video