Alternative content

14:41 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Təbriz teatrı və Böyükxan Naxçıvanski”
“Təbriz teatrı və Böyükxan Naxçıvanski”
ANA SƏHİFƏ / Mədəniyyət
02:45 04.10.2019


AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun "Təbriz teatrı və Böyükxan Naxçıvanski” adlı monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada Təbriz teatrı haqqında aşkara çıxarılan yeni tarixi faktlar tədqiqata cəlb edilib. Bu mədəniyyət ocağının görkəmli aktyor və rejissorları barədə məlumat verilib, Təbrizdə teatr dəstələrinin yaranması və fəaliyyətindən bəhs olunub.

Yeni nəşrdə tanınmış mədəniyyət xadimi, teatr fədaisi Böyükxan Naxçıvanskinin keşməkeşli ömür və sənət yoluna nəzər salınıb, onun Təbriz teatrının inkişafındakı səmərəli fəaliyyəti işıqlandırılıb. Sənətkarın quruluş verdiyi tamaşaların və oynadığı obrazların əsas məqsəd və qayəsinin maarifçilik ideyalarının xalq arasında təbliği olduğu göstərilib.

Naxçıvanın teatr xadimlərinin ötən əsrin əvvəllərindəki fəaliyyətini tədqiq edən müəllif monoqrafiyada həmin dövrün teatr proseslərinə dair əhəmiyyətli arxiv materiallarını oxucuların ixtiyarına verir. Nəşrdə tədqiqatçı tərəfindən aşkar olunmuş nadir fotoşəkillər də əksini tapıb.

Hazırladı:

M.NƏRİMANOĞLU



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM