Alternative content

14:47 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəxtiyardır, ona görə ki...
Bəxtiyardır, ona görə ki...
ANA SƏHİFƏ / Mədəniyyət
02:44 04.10.2019


Zəhmətsevərlik, məsuliyyət, tutduğu vəzifəyə vicdanla yanaşmaq, üzərinə düşən işi yüksək səviyyədə yerinə yetirmək, ümumiyyətlə, bütün digər müsbət keyfiyyətlər insanın daxili dünyasından, əslində genindən və aldığı tərbiyədən irəli gəlir. Peşə, sənət isə bütün bunları gerçəkləşdirmək, həyatda əyani tətbiq etmək üçün bir vasitədir.

Həmkarımız, iş yoldaşımız, "Azərbaycan”ın şöbə müdiri Bəxtiyar Əzizli jurnalistliyi seçməsəydi, başqa bir sahədə çalışsaydı belə, yuxarıda deyilənlərin hamısının daşıyıcısı olardı. Çünki bunları zəhmətdən doymayan, yorulmaz təsərrüfat adamı olan, ömrünün sonunadək əli işdən-gücdən soyumayan atası Məhərrəm kişidən əxz edib. Bu keyfiyyətlər indi ömrünün ahıl çağını yaşayan, ən qayğıkeş və ailəcanlı Azərbaycan qadınlarından biri olan anası Almaz xanıma da xasdır.

Valideynləri övladlarının - üç oğul və iki qızlarının (Bəxtiyar onların ortancılıdır) sənət seçiminə müdaxilə etməyiblər. "Yetər ki, harada yaşasalar da, hansı sahədə çalışsalar da, gözlərini həyata açandan gördükləri nümunədən kənara çıxmasınlar” deyə düşünüblər.

Bəxtiyar jurnalistikanı seçdi. Həm də fikrini çox erkən qətiləşdirmişdi. Hələ orta məktəbin beşinci-altıncı sinfində oxuyarkən Göyçay rayonunda çıxan "Yeni həyat” qəzetində ilk kiçik yazıları dərc olunanda... 12 rublluq birinci əməkhaqqını da qonorar şəklində o vaxt almışdı.

Həyatın yolları heç də həmişə rəvan olmur. Dövranlı kəndindən arzu-kamla Bakıya gəlib universitetin jurnalistika fakültəsinə imtahan verən gəncin rus dilini zəif bilməsi onun tələbə olmağına əngəl törədir. Lakin o, ordu sıralarına çağırılanadək vaxtını boş keçirməməyə qərar verir. Jurnalistika sənətkarlığı kurslarına yazılıb orada təhsil alır.

Deyirlər, cavanlar orduda mətinlik dərsi keçirlər. Bəxtiyar üçün isə əsgərlik illəri həm də rus dilini öyrənmək üçün əlverişli dövr oldu.

Artıq narahat, qanlı-qadalı 1990-cı il idi. Əsgər şinelini təzəcə mülki paltara dəyişmiş gənc həmin il yenidən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə imtahan verib daxil oldu. Bu dəfə qiyabi şöbəyə. Çünki artıq iyirmi bir yaşı vardı. Həm oxumağın, həm də işləməyin öhdəsindən gələ bilərdi.

Beləcə, Bəxtiyar Əzizli Jurnalistika fakültəsində təhsil ala-ala "Qarabağ” qəzetində müxbir kimi çalışmağa başladı. Bir-birindən maraqlı yazıları dərc olunurdu. O zaman böyük tirajla çıxan həmin qəzetin oxucular tərəfindən sevilməsində şübhəsiz ki, bu yazıların da rolu vardı. Az sonra müxbirlikdən məsul katib vəzifəsinə irəli çəkildi. Burada da özünü doğrultdu.

"Qarabağ”dan sonra Bəxtiyar Əzizli bir müddət təzəcə təsis olunmuş "Şimali Azərbaycan” qəzetində çalışdı.

1993-cü ilin ortalarından isə taleyi "Azərbaycan”la bağlıdır. Əvvəlcə qəzetin məsul katibinin müavini işləyib, sonra şobə müdiri vəzifəsinə təyin olunub. Uzun illərdir şöbəyə bacarıq və səriştə ilə rəhbərlik edir.

Azərbaycan mətbuatına töhfələri diqqətdən kənarda qalmayıb, Prezident İlham Əliyevin sərəncamı ilə ona Əməkdar jurnalist fəxri adı verilib.

Qəzet işi ilə yaxından tanış olmayanlar bəlkə də şöbə müdiri kimi çalışmağın asan olduğunu düşünə bilərlər. Lakin heç də belə deyil. Əksinə, hər hansı şöbənin xətti ilə dərc olunan materiallarda çoxsaylı fakt və rəqəmlər özünə yer alır ki, bunların da hər biri dəqiq olmalı, qəzetdə düzgün getməlidir. Təbii ki, bir çox hallarda daxil olan yazıların redaktə edilməsinə, qəzetin dilinə və üslubuna uyğun işlənməsinə ehtiyac yaranır. Bütün bunlarla yanaşı, həmkarımızın özünün də qəzetin səhifələrində müxtəlif mövzularda məqalələri dərc olunur. Şöbənin müdiri və işçiləri günün tələbləri ilə səsləşən, aktual mövzularda yazılan bir çox materialların qəzetdə dərc olunmasında fəal iştirak edirlər. Bir sözlə, bu şöbə də qaynar qəzet həyatı ilə yaşayır.

Bəxtiyar Əzizli, həmçinin redaksiyanın ictimai həyatında fəal iştirak edir, heç vaxt xeyirdən-şərdən, kollektivin qayğılarından kənarda qalmır. Ümumiyyətlə, ünsiyyətcil, xeyirxah bir insandır. Çevrəsində olanlara lazım gələndə kömək əli uzatmağa çalışır. Heç olmasa-heç olmasa ürək-dirək verməklə, xoş sözlə, şux zarafatla.

Biz onu hər gün belə görməyə alışmışıq. Günlər isə elə tez-tez ötüşüb illərə qovuşur ki... Dünən övladlarının dünyaya gəlməsi münasibətilə təbrik etdiyimiz gənc ata bu gün artıq babadır. Övladları Şəhla və Şəhriyar ali təhsillərini başa çatdırıblar, biri psixoloq, digəri iqtisadçıdır. Xədicə isə orta məktəbdə oxuyur.

Belə bir söz də var: deyirlər ki, insanın adı həmişə onun xasiyyətinə, taleyinə təsir edir. Çoxlarımız buna sözgəlişi deyilən, ötəri bir fikir kimi baxsaq da, həyatda məhz belə olduğunu tez-tez görürük. 50 il bundan əvvəl göyçaylı Ələkbər kişi qızının övladına Bəxtiyar adını vermişdi. Adətimizə görə, "Adını mən verdim, taleyini Tanrı versin” demişdi.

Bəxtiyar Əzizli həqiqətən xoşbəxt bir insandır. Çünki evində qayğıkeş ailə başçısı, doğmaları arasında yaxşı qohum, "Azərbaycan” qəzetində dəyərli işçi, el-obası üçün isə layiqli oğul kimi gərəkdir. Həmkarımıza həmişə bəxtiyar olmağı arzulayan "Azərbaycan”çılar adından

Flora Sadıqlı


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM