03 Oktyabr 2019 23:48
922
Elm və texnika
A- A+

Klayv Marşal ADA Universitetində tələbələrə mühazirə oxuyub


Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal oktyabrın 3-də ADA Universitetində olub.

AZƏRTAC xəbər verir ki, tələbələr qarşısında mühazirə ilə çıxış edən Klayv Marşal sosial medianın sürətlə inkişaf etdiyi dövrdə KİV-in, xüsusən informasiya agentliklərinin önəmindən, xəbərin dəqiqliyi və sürətli ötürülməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb, bu istiqamətdə mövcud imkanlardan danışıb.

Baş icraçı direktor hazırda Böyük Britaniya və dünya mətbuatının gündəmində olan Brexitlə əlaqədar baş verən siyasi proseslərdən də bəhs edib.

Ölkəmizə əvvəlki səfərlərini xatırladan Klayv Marşal AZƏRTAC-ın təşkilatçılığı ilə 2016-cı ildə Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresində iştirakını diqqətə çatdırıb, Xınalıqda gördüyü möhtəşəm təbiət mənzərələri barədə təəssüratlarını dilə gətirib.

K.Marşal Azərbaycan mətbuatının zəngin tarixindən söhbət açaraq, burada ilk xəbərin 150 il əvvəl çap olunduğunu əlamətdar hadisə kimi qeyd edib.

Press Association agentliyinin baş icraçı direktoru budəfəki səfəri zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdüyünü, söhbət zamanı ölkə mətbuatının inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıldığını bildirib.

Mühazirədən sonra K.Marşal tələbələrin suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video