03 Oktyabr 2019 23:40
539
İQTİSADİYYAT
A- A+

Energetika naziri: Hazırda neft bazarını tarazlaşdıran əsas mexanizm “OPEC plus” formatında qəbul edilmiş qərarlardır


"OPEC plus” formatı çərçivəsində atılan addımlar neft bazarının tənzimlənməsinə töhfə verir.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən "Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib. "Qeyri-sabit dünyada enerji bağlantılarının qorunması” mövzusundakı panel sessiyada siyasi proseslərin qlobal enerji bazarına təsirləri, enerji əməkdaşlığının dövlətlərarası münasibətlərdə rolu və dünya enerji balansında neftin mövqeyi ilə bağlı müzakirələr aparılıb. P.Şahbazov çıxışında iqtisadi, ekoloji və geosiyasi amillərin təsirlərinə baxmayaraq, neftin dünya enerji balansında üstünlüyünü növbəti 30 il ərzində də qoruyub saxlayacağını qeyd edib. Bildirib ki, hazırda dünyada iqtisadi inkişaf tempinin zəifləməsi və bir sıra digər amillərlə əlaqədar neftə qlobal tələbat azalsa da, "OPEC plus” formatı çərçivəsində atılan addımlar neft bazarının tənzimlənməsinə töhfə verir: "Hazırda neft bazarını tarazlaşdıran əsas mexanizm "OPEC plus” formatında qəbul edilmiş qərarlardır. Bu qərarlar dəyişən vəziyyətə uyğun bazarın çevik tənzimlənməsinə xidmət edir. Neftin qiymətinin sabitləşdirilməsi ilə bağlı əsas hədəfə nail olunub və artıq ciddi şəkildə qiymət volatilliyi müşahidə olunmur. Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumlar kimi hadisələr neftin qiymətində dəyişikliklərə səbəb olsa da, belə hallar müvəqqəti xarakter daşıyır və bazarda sabitlik təmin olunur”.

Energetika naziri "OPEC plus” əməkdaşlıq formatının yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, ölkəmizin bu prosesdə fəal iştirakından da bəhs edib. Nazir, həmçinin bu əməkdaşlığın davam etdirilməsinin və dünyada sabitlik üçün enerji resurslarının inkişafa yönəldilməsinin vacibliyini vurğulayıb. Son 25 ildə Azərbaycanın neft-qaz sahəsində belə bir siyasət həyata keçirdiyini deyən P.Şahbazov hazırda bərpaolunan enerji sahəsində görülən işləri də diqqətə çatdırıb. Nazir bu sahədə hazırlanmış yeni qanun layihəsinin ilin sonuna kimi qəbulunun gözlənildiyini və bundan sonra hərracların keçiriləcəyini deyərək forumda iştirak edən şirkətləri Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığa dəvət edib.

Energetika naziri, həmçinin Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə də iştirak edib. Nazir çıxışında təbii qazın enerji resursu kimi artan rolundan və Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyətindən danışıb. İlk dəfədir ki, Azərbaycanın belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən qaz layihəsini həyata keçirdiyini deyən nazir bildirib ki, Cənub Qaz Dəhlizi sayəsində nəinki enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi prioritetlərinə qlobal miqyasda töhfə veriləcək, həm də qaz ölkəsi kimi inkişaf təmin ediləcək.

"Azərbaycanda təbii qaz hasilatının hazırkı 30 milyard kubmetrdən qarşıdakı 2 ildə 46 milyard kubmetrə çatdırılması, "Şahdəniz”dən başqa digər qaz yataqlarının işlənilməsinə başlanılması gözlənilən ilkin nəticələrdir”, - deyə nazir bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video