03 Oktyabr 2019 23:39
1332
PARLAMENT
A- A+

Milli Məclisdə BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi ilə görüş olub


Oktyabrın 3-də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkəmizdə səfərdə olan BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Eldar İbrahimov qonaqlara Milli Məclisin strukturu, Aqrar siyasət komitəsinin gördüyü işlər, aqrar sahədə qəbul edilmiş qanunlar barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Hazırda komitədə "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi üzərində iş aparılır. Ölkəmizə genetik modifikasiya olunmuş məhsulların idxalı qadağan edilib. Azərbaycanda yalnız ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edilir.

Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyev kənd təsərrüfatına xüsusi qayğı ilə yanaşır və hər il kənd təsərrüfatının inkişafına ayrılan dövlət vəsaitinin artırılması bunun bariz nümunəsidir. Kənd təsərrüfatının inkişafı məqsədilə onun müxtəlif sahələrinə dövlət tərəfindən subsidiyalar ayrılır. Sumqayıtda tikilmiş karbamid zavodunun istehsal etdiyi gübrə nəinki ölkəmizi təmin edir, həm də xarici ölkələrə satılır. Hazırda kənd təsərrüfatı vergilərdən azaddır. Yalnız cüzi olaraq torpaq vergisi alınır. Bu da ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının ilbəil artmasına səbəb olur.

Hilal Elver bildirib ki, Azərbaycanın neft və qaz sahəsindən sonra kənd təsərrüfatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyması sevindirici haldır. Azərbaycan zəngin təbii ehtiyatlarına arxalanaraq öz vətəndaşlarını təmin etmək resurslarına malik ölkədir. Qonaq Azərbaycanda gənclərin kənd təsərrüfatı ilə məşğul olmağa həvəsləndirilməsi üçün görülən işləri yüksək qiymətləndirib.

Söhbət zamanı tərəfləri maraqlandıran suallara aydınlıq gətirilib.

Görüşdə Milli Məclisin deputatları Tahir Süleymanov, Mahir Aslanov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Elçin Quliyev və Eldəniz Səlimov iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video