03 Oktyabr 2019 17:15
621
DÜNYA
A- A+

Minlərlə polis əməkdaşı Paris küçələrinə çıxdı

Fransa polisinin minlərlə əməkdaşı Paris küçələrinə çıxmışdır. Onlar az əməkhaqqı, həddən artıq iş və asayiş keşikçiləri arasında intihar hallarının artmasına etiraz etmişlər. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Bir neçə həmkarlar ittifaqları polislərin "Qəzəb yürüşü” adlı aksiyasını dəstəkləməyə çağırmışdı.Təşkilatçıların məlumatına görə, yürüşdə təxminən 27 min polis əməkdaşı iştirak etmişdir. Bu, 2001-ci ildən bəri ölkədə polislərin ilk kütləvi etirazıdır.

Fransa polisi ötən ilin noyabrında "sarı jiletlər”in etirazları başladıqdan bəri təzyiq altındadır. Bu etiraz aksiyaları az qala ilk gündən polislə toqquşmalar, zorakılıq və vandalizm aktları ilə müşayiət olunmuşdur. "Franceinfo” radiostansiyasının xəbərinə görə, bu ilin əvvəlindən polis əməkdaşları arasında 50 intihar halı qeydə alınmışdır.

Daxili İşlər naziri Kristof Kastaner polislərin narahatlığını anladığını bildirmiş, gələn il hüquq-mühafizə orqanlarının büdcəsinin 5 faiz, polis ştatını 1400 iş yeri artırmağı vəd etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video