03 Oktyabr 2019 16:25
590
İQTİSADİYYAT
A- A+

Pərviz Şahbazov: Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir


Moskvada keçirilən "Rusiya Enerji Həftəsi”ndə enerji sektoruna dair aktual məsələlər müzakirə olunur.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib. O qeyd edib ki, Azərbaycan neft-qaz sahəsində aparılan beynəlxalq məsləhətləşmələrin, o cümlədən "OPEC plus” formatında görüşlərin fəal iştirakçısı kimi enerji həftəsi çərçivəsində neft-qaz sektorunda aktual problemlərə həsr olunmuş müzakirələrə qatılıb: "Azərbaycan son illər böyük layihələr ilə Avropanın enerji təminatına və təhlükəsizliyinə öz töhfəsini verir. Biz tədbirdə neft-qaz ixracı ətrafında aparılan müzakirələrdə iştirak edirik. Bundan əlavə, enerji transformasiyası, bərpaolunan enerji mənbələrinin tətbiqi və potensialı diqqət mərkəzindədir. Azərbaycanda da bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev ölkənin energetika sektorunda islahatların sürətləndirilməsi haqqında Sərəncam imzalayıb. Bu sahədə qanun layihəsi hazırlanıb və onun ilin sonunadək qəbul olunacağı gözlənilir”.

P.Şahbazov vurğulayıb ki, bir çox şirkətlə bu sahədə əməkdaşlıq memorandumları imzalanıb və onların tədbirdə təmsil olunan nümayəndələri ilə məsləhətləşmələr davam etdirilir.

Qeyd edək ki, Azərbaycanın Energetika naziri forum çərçivəsində bir sıra ölkələrin energetika nazirləri, nüfuzlu beynəlxalq təşkilatlar və şirkətlərin rəhbərləri, o cümlədən OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sahəsində qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

"Rusiya Enerji Həftəsi” 2016-cı ildən keçirilir. Builki forumda 80 ölkədən 200-dən artıq şirkətin 10 mindən çox nümayəndəsi iştirak edir. Forumda yanacaq-energetika sahəsində əməkdaşlıq perspektivləri, investisiyalar, enerji təhlükəsizliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video