Alternative content

00:53 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycandan başlanan tarixi missiya
Azərbaycandan başlanan tarixi missiya
ANA SƏHİFƏ / SİYASƏT
01:36 03.10.2019


Yaranmasının 10 ili tamam olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası qarşısında duran vəzifələrin həyata keçirilməsində böyük uğurlar əldə edib


Məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılmasının bu gün 10-cu ili tamam olur. Beynəlxalq hökumətlərarası təşkilat olan Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.


Türk Şurası yeni əməkdaşlıq formatıdır


Naxçıvan Sazişinə əsasən türkdilli dövlətlər tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qloballaşması proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayırlar. Ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək TDƏŞ formatında əməkdaşlıq mexanizmini yaradıblar.

TDƏŞ-in əsas vəzifələri tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olunması, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir. Həmçinin beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması əsas məqsədlərdəndir.

Yarandıqdan sonra TDƏŞ-nin altı zirvə görüşü keçirilib. Birinci Zirvə Görüşü "İqtisadi əməkdaşlıq” mövzusu adı altında 20-21 oktyabr 2011-ci il tarixlərdə Almatı şəhərində baş tutub. İkinci zirvə görüşü 22-23 avqust 2012-ci tarixlərdə Bişkek şəhərində keçirilib. Zirvə Görüşü mövzusu "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olub. Üçüncü zirvə görüşü 15-16 avqust 2013-cü il tarixlərdə Qəbələ şəhərində keçirilib. Bu dəfə mövzu "Nəqliyyat və bağlantı” idi. Dördüncü zirvə görüşü "Turizm sahəsində əməkdaşlıq” mövzusu adı altında 4-5 iyun 2014-cü il tarixlərdə Bodrum şəhərində baş tutub. Beşinci zirvə görüşü isə 10-11 sentyabr 2015-ci il tarixlərdə "Media və informasiya sahəsində əməkdaşlıq” mövzusu adı altında Astana şəhərində keçirilib. TDƏŞ-nin VI zirvə görüşü ötən ilin sentyabrında Qırğız Respublikasının Çolpon-Ata şəhərində baş tutub.

VI zirvə görüşündən sonra Türk Şurasının nailiyyətlərindən biri Macarıstanın paytaxtı Budapeşt şəhərində ofisinin açılmasıdır.

Şuranın Budapeştdə ofisinin açılması təklifi Macarıstanın Baş Naziri Viktor Orban tərəfindən irəli sürülmüşdü. Ofis türkdilli dövlətlərlə Macarıstan, habelə Avropa İttifaqı və qurumun təsisatları arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasında əhəmiyyətli rol oynayacaq, Türk Şurasının fəaliyyətinə töhfə verəcək, gələcək inkişafına müsbət təsir göstərəcək.


Yeddinci zirvə görüşü Bakıda keçiriləcək


Oktyabr ayında Bakı bir neçə mötəbər tədbirə evsahibliyi edəcək. Bunlardan biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşüdür. Qeyd etdiyimiz kimi, Azərbaycan artıq bir dəfə zirvə görüşünə evsahibliyi edib. 2013-cü ildə 3-cü görüş Qəbələ şəhərində keçirilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII zirvə görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

VII zirvə görüşünün əsas özəlliyi TDƏŞ-nın yaranmasının 10-cu ilinə təsadüf etməsidir. Tədbir çərçivəsində, həmçinin Bakıda türkdilli dövlətlərin sahibkarlarının beynəlxalq biznes forumu da təşkil olunacaq.

Ümumiyyətlə, Azərbaycan şuranın yaradıldığı ölkə olaraq təşkilatın fəaliyyətinin və türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. Bu mənada respublikamızın xarici siyasətində türkdilli dövlətlərlə münasibətlər xüsusilə diqqəti cəlb edir. Rəsmi Bakı nəinki siyasi sferada, o cümlədən qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirir. Məsələn, Azərbaycanın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Artıq Azərbaycan, Qazaxıstan və Türkiyə bu yoldan istifadə edir. Gələcəkdə digər türkdilli dövlətlər də buna qoşula bilərlər. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri dolayısı ilə türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin bəhrəsini görür. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir.

Sonuncu zirvə görüşündə çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev Azərbaycanın bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxladığını bəyan etdi: "Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır”.

Azərbaycanın türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verməsinin nəticəsidir ki, respublikamızla TDƏŞ-na üzv ölkələrin ticarət dövriyyəsi bu ilin ötən dövründə 32 faiz artıb. Ötən il ərzində isə artım 29 faiz təşkil etmişdi. TDƏŞ-in VII zirvə toplantısı üzv ölkələrin iqtisadi əlaqələrinin şaxələndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.


10-cu ildə yeni üzv


10 illik yubileyin və qarşıdan gələn zirvə görüşünün başqa bir özəlliyi isə Özbəkistanın şuraya tamhüquqlu üzv olmasıdır. Beləliklə, 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu Türk Şurasına bu il Özbəkistan da qoşuldu. Təbii ki, bu ölkənin Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığı müasir dövrün tələblərinə uyğun olaraq türkdilli dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar yaydığı bəyanatda deyilir: "Özbəkistanın Türk Şurasına qoşulması barədə bu tarixi qərarının məhz Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsi Azərbaycan Respublikası üçün xüsusi rəmzi məna daşıyır. Türk Şurasının bu il oktyabrın 15-də Bakıda keçiriləcək VII zirvə görüşündə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyətini salamlamaq bizim üçün şərəfli və xoş bir fürsət olacaq”.

TDƏŞ-nın bəyanatında Özbəkistanın qoşulması tarixi hadisə adlandırılır. Qeyd olunur ki, bu əlamətdar hadisə Türk Şurasının fəaliyyətinə, türkdilli ölkələr və xalqlar arasında getdikcə artan əməkdaşlığa mühüm təkan verəcək.

Müasir dövrdə bütün dövlətlər sülhün və sabitliyin qorunması, sosial-iqtisadi rifahın və mədəni zənginliyin təmin olunması kimi çağırışlarla üzləşirlər. Xarici siyasət konsepsiyasında türkdilli dövlətlərlə əlaqələrin bütün sferalar üzrə inkişaf etdirilməsini müəyyən edən Azərbaycan türkdilli dövlətlərin səylərinin birləşdirilməsini bu cür çağırışların vaxtında və effektiv cavablandırılması üçün önəmli vasitə hesab edir. Bu mənada Türk Şurası bu səylərin birləşdirilməsində mühüm rol oynayır və öz imkanlarından türkdilli xalqların mənafeyi naminə səmərəli istifadə etməkdədir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM