Alternative content

09:59 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılovun deputat mandatından məhrum edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılovun deputat mandatından məhrum edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
01:21 03.10.2019


Qərar № 5/17


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılovun Milli Məclisin nüfuzuna xələl gətirən hərəkətlərlə məşğul olması səbəbindən deputat mandatından istefasının qəbul edilməsi barədə Milli Məclisin Sədrinə etdiyi yazılı müraciəti aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Milli Məclisin deputatı imtina ilə bağlı müraciət etdikdə aidiyyəti orqan tərəfindən o, deputat mandatından məhrum edilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü və 176.1-ci maddələrinə görə Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən əsas olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar bu barədə müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.

Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisin deputatı R.K.Cəbrayılovun deputat mandatından məhrum edilməsi üçün əsas yaranmışdır.

Seçki Məcəlləsinin 176.3-cü maddəsinə əsasən Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən halda Mərkəzi Seçki Komissiyası tərəfindən qərarın qəbul edildiyi gündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.

Mərkəzi Seçki Komissiyası Milli Məclisdən daxil olmuş müraciəti əsas götürərək Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə və Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü, 176.1-ci, 176.3-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılov deputat mandatından məhrum edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM